2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLAR

2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARYola salmağa hazırlaşdığımız 2023-ci il Azərbaycanın xarici və daxili siyasəti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Bu hadisələr dünyanın yeni düzənininə yön verən hadisələr oldu. Sonxeber.az 2023-ci ildə bölgələrdə baş verən həmin hadisələrin xronologiyasını təqdim edir:

İlk olaraq yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilib. Kalaşnikov avtomatı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinin binasına soxularaq Təhlükəsizlik Xidmətinin rəisini öldürüb, iki nəfəri yaralayıb. Terrorçu səfirliyin digər təhlükəsizlik əməkdaşı tərəfindən zərərsizləşdirilib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARMart ayında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib. Səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan vəfat edib. 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi. Qeyd edək ki, din xadimi son mənzilə yola salınarkən "Qurd qapısı" qəbiristanlığına minlərlə adam axın edib.

2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARMart ayında millət vəkili Fazil Mustafa sui-qəsdə məruz qalaraq evinin önündə güllələnib. Evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, bu zaman iki güllə yarası alıb.

Avqust ayında sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. N. Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Nəticədə qolu amputasiya olunub.

2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARSentyabrın 19-da Füzuli və Xocavənd rayonlarındakı erməni təxribatı nəticəsində 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb. Eyni zamanda törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində baş verən yol qəzasında isə polis əməkdaşları Ələsgər Əsgərov, Elşən Həsənov, Seyfi Abdullayev həlak olublar.

Həmin gün üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Nəticədə Xankəndi və ərtaf ərazilər nəzarətimizə keçdi.
2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARBununla yanaşı senytabr ayında "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış 55 yaşlı Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanı saxlayıblar. Qarabağdakı qondarma rejimin keçmiş "prezident"ləri Arkadi Qukasyan və Bako Saakyan, eləcə də "Daşnaksütyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş "parlament sədri" David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARSentyabrda Millət vəkili Qənirə Paşayeva vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLAR15 oktyabr Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağımızı qaldırdı. Prezident eyni gündə Xocalı rayonunun Əsgəran qəsəbəsində də bayrağımızı ucaldıb, bu il sentyabrın 20-də separatçılardan azad edilən Əsgəran qalasında olub. Prezident o cümlədən 2020-ci ilin oktyabrında işğaldan azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib. Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib.

2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLAR7 dekabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin".

13 dekabrda Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. Əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.
2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLAR21 dekabrda işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçirildi. İşğaldan azad olunmuş ərazimizdə 30 ildən sonra ilk futbol oyununun sevincini yaşadıq. Biz Xankəndidə təkcə oyun deyil, həm də böyük bayram əhval ruhiyyəsinin şahidi olduq.
2023-cü ilin ən yadda qalan HADİSƏLƏRİ! - FOTOLARSevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1427   Tarix: 27 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr