Yararlı olduğu halda hərbi xidmətdən yayınan şəxslərin DİQQƏTİNƏ: "Müvafiq tədbirlər gücləndirilir"
"Çağırış yaşına çatan hər bir vətəndaş hərbi xidmət keçməlidir. Düşünürəm ki, bu, hər bir azərbaycanlı vətəndaşın şərəf borcudur".
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev qurumun "Instagram" səhifəsindəki canlı yayımında çıxışı zamanı deyib.
O bildirib ki, hərbi xidmətə yararlı olduğu halda Vətənə borcunu yerinə yetirməkdən boyun qaçırmış şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır:
"Qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 321-ci maddəsində çağırış yaşına çatan şəxslərin çağırışdan boyun qaçırması, eləcə də səfərbərlikdən yayınması ilə bağlı məqamlar qanunla tənzimlənir. Belə ki, CM-in həmin maddəsi əsasında, tibbi müayinədən keçərək hərbi xidmətə yararlı olması sübuta yetirildiyi halda xidmətdən yayınan şəxslər buna görə məsuliyyət daşıyırlar. Onların barəsində müvafiq tədbirlər görüləcək.
Belə ki, 2023-cü ilin sentyabr ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) eləcə də ərazi üzrə prokurorluqlarla birlikdə hərbi xidmətdən boyun qaçırmış şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə tədbirlər gücləndiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1259 Tarix: 27 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr