Hansı evlərə kommunal xidmətlərin göstərilməsi QADAĞANDIR? - AÇIQLAMA

Hansı evlərə kommunal xidmətlərin göstərilməsi QADAĞANDIR? - AÇIQLAMA"2023-cü il oktyabr ayının 1-dən çıxarışı olmayan fərdi həyat evlərinə kommunikasiya xətlərinin çəkilməsi qadağan edildi. Həmin tarixə qədər çıxarışı olmayan yaxud çıxarışı olan bütün əmlaklara çəkilmiş kommunikasiya xətləri, qaz su, işıq, telefon xətləri hər biri qüvvədə qalır. Lakin həmin tarixdən sonra tikilən əmlaklara kommunikasiya xətləri çəkilmir. Buna əsas səbəb tikilmiş fərdi yaşayış evlərinin təyinatının digər təyinatlı torpaqlarda tikilmədir. Yəni hər hansı bir fərdi yaşayış evlərinə sənədin alınması üçün mütləq şəkildə həmin ərazinin təyinatı, yaşayış məntəqələri və təyinatı olmalıdır"

Bu sözləri Sonxeber.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, bu gün hal hazırda təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarış ala bilməyən fərdi həyat evləri varki onlara verilməməsinin ən böyük səbəbi həmin ərazilərdə yerləşən fərdi həyat evlərinin torpaqlarının digər təyinatlı torpaqlar olmasıdır:

"O baxımdan qanunvericilik əsasən digər təyinatlı torpaqda kənd təsərrüfatı, istehsal sahəsi yaxud digər təyinatlı torpaqlarda yaşayış məntəqələri üçün kommunikasiya xətləri çəkmək qanuni baxımından bəyənilən deyil. Lakin zamanında vətəndaşların bu cür ərazilərdə fərdi yaşayış evləri tikdiklərinə görə, artıq həmin ərazilərə çəkilib. Lakin yeni qanuna əsasən bu qadağan olundu. Mütləq şəkildə vətəndaşlar hər hansı problemlə üzləşməmək üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsini maksimal çıxarışlı torpaq almalıdır. Həmin torpağa təyinat yaşayış məntəqələri torpaqları yazılmalıdır ki, o torpaq üzərində tikilmiş fərdi yaşayış evlərinə həm tikintiyə çıxarış ala bilsinlər, həm də kommunikasiya xətləri çəkə bilsinlər".

Ekspertin sözlərinə görə, fərdi yaşayış evləri üçün satılan torpaq sahələri böyük əksəriyyəti sərəncamlarla satılır:

"Sərəncamlar alqı-satqı oluna bilmədiyinə görə onlar həmin torpaqları etibarnamə yolu ilə alırlar. Hansı ki, etibarnamə yolu ilə hər hansı bir əmlakı almaq arzuolunan deyil. Çünki etibarnamə verən şəxslər etibarnaməni ləğv edə bilər. Adam dünyasını dəyişsə etibarnamə öz hökmünü itirə bilər. Həmin sərəncam üzərində alınmış torpağa çıxarış verilərkən çıxarış mütləq şəkildə sərəncam sahibinin adına çıxacaq. Gələcəkdən həmin şəxslər mövcud sahibinin xeyrinə qərar verəcək yaxud verməyəcək".

Elnur Fərzəliyev qeyd edib ki, bu cür şübhəli məsələlər olduğu üçün daha çox tövsiyə olunur ki, çıxarışlı əmlaklara üstünlük versinlər və gələcəkdə bu cür məsələlərlə qarşılaşmasınlar:

"Bu qanunun təsdiqlənməsinin əsas səbəbi ondan ibarətdir ki, artıq vətəndaşlar bilməlidirlər ki, çıxarışsız torpaqlarda, təyinatı fərqli olan torpaqlarda tikiləcək fərdi yaşayış evlərində kommunikasiya xətləri çəkilməyəcək, onların həmin kommunikasiya xətləri olmayacağına görə əmlaklardan istifadə edə bilməyəcəklər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2369   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr