Hansı məmurun xidməti maşını ilə biznesmenin yarım milyonu oğurlanıb? - FHN soruğunu cavablandırmır
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus avtomobillə biznesmeninin yarım milyon manata yaxın pulunu oğurlayıb qaçan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü Yusif Əliyev bu ilin may ayında Azərbaycana ekstradisiya edildikdən sonra onun barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin məhkəməsi isə noyabrın 27-də başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirli bilib. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, 1 uşaq atası Yusif Əliyevə məhkəmənin hökmü ilə 11 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Yusif, Faiq və Elşən adlı şəxslər FHN-nin balansında olan BMW minik markalı maşınla sözügedən ünvana oğurluğa gediblər. Onlar valyuta mübadiləsilə məşğul olan Bəxtiyar adlı şəxsin evinə gəlişini gözləyiblər. Bunun üçün Yusif və Faiq həmin həyətdə 44 nömrəli mənzilin yerləşdiyi bloka daxil olub. Elşən isə nazirliyə məxsus avtomobili Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb və sahibkarın binaya girişi barədə Yusiflə Faiqə məlumat verib.
Bəxtiyar binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə pilləkənlərlə yuxarı qalxan zaman sözügedən şəxslər onun üzərinə hücum edərək, yumruqla çoxsaylı zərbələr vurmaqla içərisində milli valyuta ilə 5.540 manat ekvivalentində 200.000 Rusiya rublu, 365.500 manat ekvivalentində 215.000 dolları və 108.000 manat məbləğində pul olan kompyuter çantasını əlindən alıb qaçıblar.
Onlar nazirliyə məxsus dövlət nömrə nişanı "FH" olan avtomobillə oğurladıqları ümumilikdə 479.075 manat pulla Xırdalana yollanıblar. Daha sonra pulu aralarında bölüblər. Polisin keçirdiyi əməliyyat zamanı hər üç şəxs saxlanılıb və həbs ediliblər.
Aparılan araşdırma zamanı o da məlum olub ki, oğurluqda təqsirləndirilən Elşən FHN-də müqavilə əsasında sürücü kimi işə qəbul olunub. FHN-də yüksək vəzifəli şəxsin sürücüsü olub və tabeçiliyində BMW nəqliyyat vasitəsi olub. 2022-ci il tarixdən üzürsüz səbəbdən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla FHN arasında bağlanmış əmək müaviləsi ləğv edilib.
Məsələ ilə bağlı Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə oğurluqda istifadə olunan "FH" seriyalı "BMW" markalı avtomobil hansı vəzifəli şəxsin xidməti avtomobili olması ilə bağlı sorğu göndərib. Amma üzərindən bir ay keçməsinə baxmayaraq, FHN Qaynarinfo-nun rəsmi sorğusunu cavablandırmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur