"Space TV"yə xəbərdarlıq edilib
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı "Space TV" kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Şuradan verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış "Ekstra müsahibə" proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində "Gül kimi Şou" proqramında müəllifə istinad edilməyərək yayımlanıb.
Bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən "APAMARK" MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var.
Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1689 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr