Qarabağda yaşayan erməni sakinlərinin pensiya məsələləri necə tənzimlənəcək? - AÇIQLAMA

Qarabağda yaşayan erməni sakinlərinin pensiya məsələləri necə tənzimlənəcək? - AÇIQLAMAQarabağ iqtisadi rayonunda konstitusion hüquqlarımız bərpa edildikdən sonra regionda idarəetmə və quruculuq işləri davam edir. Qarabağda yaradılan "rejim" erməni sakinlərinin mənafeyini nəinki qorumayıb, eyni zamanda istismar edib. Separatçı rejim "qaydalar" qoymaqla erməni sakinlərini oyuncağa çevirib. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər ilə bağlı daha bir maraqlı məqam yaranır. Məlum olduğu kimi erməni sakinlərin pensiya məsələləri "rejim"in qoyduğu "qaydalar" əsasında həyata keçirilirdi və onların pensiya yaş həddini, kim və haraya nə ödədiyini bilmirik. Azərbaycanda isə pensiyaya çıxma yaşı aydındır ki, kişilərdə 65 qadınlarda isə 63-dür. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni sakinlərinin pensiya məsələləri necə həll olunacaq?

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib. O bildirib ki, bu çox mürəkkəb məsələdir. Yalnız mürəkkəb deyil. Xankəndi və Qarabağda yaşamış ermənilərə aid digər məsələlər var:

"Onlara aid daşınmaz əmlak, torpaq, ev, mənzil və bank əmanətləri sığortalı deyil. Onların avtomobilləri belə rəsmi qeydiyyatda deyil. Eynilə pensiya məsələləri. Pensiya yaşları aydındır. Onları tənzimləmək olar. Azərbaycan ərazisində başqa pensiya yaşı yoxdur. Vahiddir və ermənilər daxil olmaqla hamıya aiddir. Amma burada pensiya kapitalından söhbət gedir. Onlar bizim Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməyiblər. Pensiya isə pensiya kapitalına bağlıdır. Orada harada nə ödəyiblər bilinmir. Bu məsələlərin həlli üçün yəqinki biz qanunlara dəyişiklik etməli ola bilərik. Bildiyim qədərilə orada ermənilər çox deyil. Bu məsələ necəsə tənzimlənməlidir".

Ekspertin sözlərinə görə, daşınmaz əmlaka dair onlardan sənəd istəməliyik. Bu zaman müəyyən etməliyik ki, biz nəyi tanıyırıq:

"Mən şəxsən tərəfdarıyam ki, SSRİ dağılmayana qədər orada kiminsə əmlakı olubsa onu tanıyaq. Sonrakı dövrdə əgər kimsə nəsə tikibsə bu tanıyıb tanımamağımız üçün qanun lazımdır. Pensiya məsələsi də buraya daxildir. İndi biz xoşməramımızı göstərib deyə bilərik ki, onların oradakı sənədləşdirilməsinə baxıb pensiya kapitalını tanıya bilərik. Amma onda gərək dövlət büdcəsindən Dövlət Sosial Sığorta Fonduna əlavə vəsait verilsin. Çünki o vəsaiti vaxtilə verməyiblər. Sırf bu istiqamət üzrə, qısacası hər məsələ üzrə qanun olmalıdır. Qanun tənzimlənməlidir ki, onlara dair müəyyən istisnalar ola bilər yoxsa yox".

Əkrəm Həsənovun sözlərinə görə, bu məsələlər daha çox siyasi müstəvidə olmalı olacaq:

"Təbii olaraq, bizi heç kim heç nəyə məcbur edə bilməz ki, biz o qanunları qəbul edək. Amma indi bilirik ki, dünya ictimaiyyətində bizə qarşı mənfi fikir yaratmaq istəyirlər. Guya biz onları qovmuşuq, haqlarını pozmuşuq. Bu baxımdan ola bilər ki, hansısa onlara tərəf müəyyən addımlar ataq. Hansısa bir müəyyən dövrədək kimsə deyək ora qayıtdı. Biz durub dünyanın axırına kimi gözləyə bilmərik ki, ermənilər ora qayıdacaq ya yox. Kim əgər qayıtmaq istəyirsə qayıtsın. Biz yəni bilməliyik ki, hansı əhalidən söhbət gedir. Bu məsələlər hələ həll olunmayacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2278   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr