Nazirliyin bu idarəsinin 13 milyon AZN-lik müqavilə bağladığı QSC-nin vergi borcu üzə çıxdı - 258 min manatdan çox (FOTOFAKT)

Nazirliyin bu idarəsinin 13 milyon AZN-lik müqavilə bağladığı QSC-nin vergi borcu üzə çıxdı - 258 min manatdan çox (FOTOFAKT)Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Kimya, fizika, biologiya laboratoriyalarının və STEAM istiqamətli avadanlıqların satınalınması" iə bağlı elan etdiyi tenderin qalibi Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 13.647.698,72 AZN-dir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib QSC-nin külli miqdarda vergi borcu var. Tikinti-Təmir-Təchizat-Bərpa QSC-nin hazırki vergi borcu 258 min manatdan çoxdur (258093.13AZN).

Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. QSC 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə nğvbəti dəfə tender müqaviləsinə imza atıb. Bundan öncə idarə ilə sözügedən QSC arasında bir müddət öncə "Məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması" ilə bağlı 6.964.929,17 AZN imzalanmışdır.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" qanunvericilikdə olan şirkətlərin qanunvericiliklə müəyyən edilmiş tenderdə iştirakına icazə verilir.

Bundan əlavə Tikinti-Təmir-Təchizat-Bərpa QSC-nin vergi borcu ola-ola tender müqaviləsi bağlaması ilə bağlı bu xəbər ilk deyil. Mediada gedən məlumatlara görə, "Tikinti-Təmir-Təchizat-Bərpa" Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ildə Bakı Dövlət Universitetinin keçirdiyi "bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması" müsabiqəsinin qalibi olub. Həmin tenderin müqavilə məbləği isə 717 min 332 manat 90 qəpik olub. məlumatda qeyd edilib ki, bu zaman dövlət büdcəsinə 1240 manat 66 qəpik vergi borcu olub.

Yerli mediada 2021-ci ildə gedən digər məlumata görə, "Təmir-Tikinti-Təchizat-Bərpa" QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçib. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinirb. Bəlli olub ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib.

Xatırladaq ki, 2022-ci ildə elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə yeni rəisi Valeh Mirzəliyev olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 662   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr