Sülhməramlılar Qarabağdan bu tarixdə çıxır: Rusiya müddəti uzada bilərmi?
Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlılarının nə vaxt çıxacağını açıqlayıb. Nazir bildirib ki, liderlər səviyyəsində imzalanan üçtərəfli bəyanat var və orada sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub.
Qarabağda erməni separatizmi məhv edildikdən sonra da Azərbaycan ictimai rəyində "sülhməramlıların qalma müddəti uzadıla bilərmi" sualları hələ də müzakirə mövzularından biridir. Üç amil bunun mümkünsüz olduğunu deməyə əsas verir.
Birincisi, 10 noyabr bəyanatının özüdür: bəyanatın 4-cü bəndində qeyd olunur ki, "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır"; yəni tərəflərdən biri – Azərbaycan, yaxud Ermənistan sülhməramlıların fəaliyyətinə xitam verilməsini istəsə, onların qalma müddəti uzadılmır; artıq həmin tərəflərdən biri – Ermənistan de-yure və de-fakto prosesin iştirakçısı deyil, beləliklə, 2015-ci ilin noyabr ayından sonra sülhməramlıların qalma müddətinin ümumiyyətlə uzadılmasının müzakirəsinə də ehtiyac yoxdur;
İkincisi, sülhməramlılara ehtiyacın qalmamasıdır: Rusiya kontingentinin əsas missiyası "atəşkəsə" nəzarət etmək və mülki əhalinin "təhlükəsizliyini" qorumaq idi, lakin, Qarabağdan Ermənistan ordusunun qalıqları çıxarıldığı, erməni separatizmi ləğv edildiyi və erməni əhalisi kütləvi şəkildə getdiyi üçün belə bir "əsas" qalmayıb;
Ətraflı
Ad - 00:26
Üçüncüsü, "mülki əhalinin qorunması" perspektivi də qalmayıb: erməni əhalisinin bir qismi yenidən Qarabağa köçərsə, hesab etmək olar ki, Rusiya bundan sülhməramlıların qalması üçün bəhanə kimi istifadə edəcək, hərçənd, praktiki olaraq bu variant da keçərli deyil:
- ermənilərin yenidən Qarabağa köçməsi perspektivi görünmür;
- əgər müəyyən bir qismi qayıtsa, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcək və bu o deməkdir ki, qayıdanlar rəsmi Bakının onların hüquq və təhlükəsizliyinin qorunması zəmanətini də qəbul edir;
- nə Rusiya sülhməramlıları, nə də hansısa başqa bir kontingent Azərbaycan dövləti ilə erməni vətəndaşları arasında hansısa rolu oynaya bilməz;
Bütün bunlar Rusiyanın sülhməramlıların Qarabağda qalma müddətini istəsə belə uzada bilmək imkanının olmadığını deməyə əsas verir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur