"Azərbaycan bu gün beynəlxalq proseslərə istiqamət verən və beynəlxalq aləmdə öz sözün deyən ölkədir" - Deputatla MÜSAHİBƏ

"Azərbaycan bu gün beynəlxalq proseslərə istiqamət verən və beynəlxalq aləmdə öz sözün deyən ölkədir" - Deputatla MÜSAHİBƏSon zamanlar ölkədə baş verən proseslərlə bağlı deputat Tamam Cəfərova Sonxeber.az-ın suallarını cavablandırıb.

-Tamam xanım, Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamın ölkəmiz üçün nə kimi əhəmiyyəti var?

- Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür.Eyni zamanda bu Sərəncam ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətinin önəmini özündə ehtiva edir. Bu gün yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir. Onu da qeyd edək ki, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib.Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Cənab Prezidentin müvafiq Sərəncamında da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Onu da qeyd etməliyik ki, ölkə ərazimiz yaşıl enerji mənbələri baxımından önəmli potensiala malikdir. Beləki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması bunun əyani göstəricisidir. Bu baxımdan bir daha vurğulamaq lazımdır ki, dünyada yaşıl enerjidən istifadənin genişləndiyi bir vaxtda Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin qlobal əhəmiyyətli məsələlərdə təşəbbüskar dövlət olduğunu bütün dünyaya nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

-Cop-29 un Azərbaycanda keçirilməsinin nə kimi əhəmiyyəti var?

-Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları   bunun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir.  Azərbaycan dünyada qlobal təşəbbüslərin və beynəlxalq tədbirlərin təşkilatçısı kimi günü-gündən nüfuzunu daha da artırır. sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. İlk öncə onu qeyd etməliyik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti olduqca önəmlidir. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.

Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Şübhəsiz ki, ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq.

-Tamam xanım, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib . Bundan sonra, fransız diplomatların Azərbaycana girişi qadağan oluna bilər?

-Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini qəbul edə bilməyən ölkələr hələ də var. Bunların başında isə Fransa gəlir. Fransa keçmiş Minsk qrupunun üzvü olan ölkə kimi 30 il ərzində Ermənistanın mövqeyini kifayət qədər qorumuş, status-kvonun saxlanılması üçün əlindən gələni etmişdir. Hətda tarixi faktlar onu deməyə əsas verir ki, Fransa ermənidən daha çox erməni kimi davanmış, Azərbaycanın əzəli torpaqlarının işğal altında qalmasını təmin etməyə çalışmışdır. Fransanın ölkəmizə qarşı son üç ildə açıq-aşkar zidd mövqedə dayanması və destruktiv siyasət nümayiş etdirməsi şübhəsiz ki, bu ölkənin on illərlə davam edən zəhmətinin hədər getdiyini anlamasından irəli gəlir. Aydın məsələdir ki, Azərbaycanın regionda apardığı konstruktiv siyasət Fransann Cənubi Qafqazla bağlı məkrli siyasətini alt-üst edir. Afrikadakı uğursuzluqdan sonra imperialist siyasətini Cənubi Qafqazda yoxlamağa çalışan Fransa regiona sürətli müdaxilələr etməyə çalışsa da, bütün cəhdləri boşa çıxır. Qeyd etmək lazımdır ki, dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib.

Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarını alt-üst edib. Xüsusilə qeyd etməliyik ki, Fransanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdakı qlobal təhdidə çevrilmiş agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən müəyyən edilməsi Fransa-Azərbaycan arasındakı diplomatik krizdə Azərbaycanın açıq üstünlüyünü ortaya qoydu. Bu Fransanın rəsmi Bakı qarşısında rüsvayçı məğlubiyyətidir. Azərbaycan tərəfindən Fransa Səfirliyinin iki əməkdaşının "persona non-grata" elan olunmasından sonra rəsmi Parisin də Azərbaycanın iki diplomatını "persona non-grata" elan etməsi ucuz qisasçılıqdan başqa bir iş deyil. Bütün məkrli siyasətlərindən sonra Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik edilməsi qəbuledilməzdir. Xüsusilə də, UNESCO-ya ev sahibliyi edən bir ölkədə mədəni abidəyə qarşı bu hərəkət sözügedən ölkənin mədəniyyətdən xəbərdar olmadığının əyani təzahürüdür. Tarixi vandallıq, soyqırım, şovinzmlə zəngin olan bir ölkənin mədəniyyət abidəsinə qarşı hörmətsizliyi heç də təəccüb doğurmur. Onu da qeyd edək ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərarına əsasən "Azərbaycan parkı"nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Əlbəttə, Fransada siyasi hakimiyyətin antiAzərbaycan mövqeyi iki ölkə arasında münasibətlərə ciddi zərbədir. Makron hökumətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir. O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına "cavab addımı" kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə sübut olunmuş faktdır. Lakin Fransa hökumətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa hökuməti tərəfindən iki diplomatımızın "arzuolunmaz şəxs" elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir.Təbidir ki, Fransa regionda sülhün təmin olunmasına əngəl törədən addımlarına davam edərsə Azərbaycan bu ölkə ilə münasibətlərinə yenidən baxmalı ola bilər.

-Böyük qayıdış proqramına əsasən Xankəndi və ətraf ərazilərə vətəndaşlarımız nə vaxt köçürüləcək?

-İşğaldan azad edilmiş bütün regionlarımız kimi Xankəndi sakinləri də öz doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlətimiz işğaldan azad olunmuş regionları yenidən tikib, qurub sakinlərə təqdim edəcək. Biz o torpaqlara ləyaqətli qayıdışı həyata keçirəcəyik. İnsanlar orada rahat, problemsiz və müasir tələblər çərçivəsində yaşamalıdır. Əminəm ki, bunlar hamısı qısa zamanda baş tutacaq. Şübhəsiz ki, Böyük Qayıdış Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcək. Təbii ki, bu məsələdə ən mühüm amil zamandır. Dövlətimiz mümkün olan ən qısa zamanda keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətlə qayıdışını təmin etmək üçün hər şeyi edir. Burada ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan genişmiqyaslı bərpa-quruculuq işlərini heç bir dövlətdən bir manat yardım olmadan həyata keçirir. Bu isə dövlətimizin iqtisadi gücünün əyani göstəricisidir.

-Tamam xanım, seçkilərdən sonra ölkədə struktur dəyişikliyi gözlənilə bilərmi?

-Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələrin tərəqqisini təmin edən mühüm amillərdən biri çoxşaxəli və paralel islahatların həyata keçirilməsidir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Bəllidir ki, ötən 20 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Digər tərəfdən, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Ümumiyyətlə, ölkəmizdə reallaşdırılan struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, tarixi torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunması özündə yeni çağırışları ehtiva edir. Əlbəttə, burada regionda və dünyada baş verən mürəkkəb siyasi, iqtisadi proseslərin də mühüm rolu vardır. Bu baxımdan deyə bilərik ki, növbədənkənar prezident seçkilərindən sonra da ölkədə davam edən islahatlar dalğasının davam edəcəyi istisna edilmir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 716   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıya dolu yağır - Video

Hazırda Bakının bəzi yerlərinə dolu yağır. "Qafqazinfo" xəbər verir ki, son illər Bakıya ilk dəfədir ki, dolu yağır. Həmin görüntüləri təqdim edirik:

14 aprel
.

Gec gələn zəng qadının məzarlıqda ölməsinə səbəb oldu - VİDEO

Türkiyənin Aksaray vilayətində məzarlıq ziyarəti zamanı dəhşətli qətl hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ortaköy rayonunun Oğuzlar kəndində, Gamze Yıldırım adlı qadının valideynlərinin məzarını ziyarət edib dua etdiyi vaxt baş verib. Bu zaman qadının boşanmaq üzrə olduğ

13 aprel
.

Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfərik?

Azərbaycan əhalisinin sayı artıb. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-fevral ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Bildirilib ki, əhalinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı i

13 aprel
.

Şahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub. APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Şahin Həsənov təyin edilib. Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatında İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub. Fotoda Şahin Həsənov. Xatırladaq ki, dah

14 aprel
.

Dodaq balzamı, göz damcıları, əl kremi - Zərərliadi məhsullar

Bir çox insan burun spreylərinin asılılıq yaratdığını eşitsə də, az adam bilir ki, eyni problem dodaq balzamı, göz damcıları və hətta əl kremləri ilə də yarana bilər. Bu vasitələr reseptsiz satıldığı və geniş istifadə edildiyi üçün təhlükəsiz kimi qəbul olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki

14 aprel
.

Bu videonu görən hər kəs bələdiyyə sədrinə xəbər verir - VİDEO

İstanbulun Sancaktepe rayonunda gecə saatlarında qeydə alınan görüntülər yerli sakinlər arasında ciddi narahatlıq yaradıb. türk mediasına istinadən xəbər verir ki, bir vətəndaşın mobil telefonla gecə yarısı çəkdiyi kadrlarda küçə itlərinin sürü halında gəzdiyi əks olunub. Qısa müddətdə sosial şəbəkələrd

14 aprel
.

Anın içində olmaq, yoxsa telefonu ilə çəkmək: hansı daha dəyərlidir? - AÇIQLAMA

Müasir dövrdə insanlar xoş anları yalnız yaşamaqla kifayətlənmir, onları həm də telefon vasitəsilə qeydə almağa çalışırlar. Bu isə çox vaxt diqqətin iki yerə bölünməsinə səbəb olur: bir tərəfdə real yaşantı, digər tərəfdə isə onu "itirməmək" üçün çəkiliş etmək ehtiyacı. Nəticədə insan bəzə

14 aprel
.

Zığ yolunda dəhşətli qəza - Anbaan video

Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol qəzası olub. "Qafqazinfo" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayıb. Bildirilib ki, baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağı

13 aprel
.

Ağstafa çayından sel keçdi - Rayon mərkəzi ilə əlaqə çətinləşdi (FOTO)

Ağstafa çayından sel keçib. "Report"a istinadən xəbər verir ki, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb. Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternati

14 aprel