Dərs ilinin müddəti uzadılır? Tədrisin vəziyyəti necə olacaq? - AÇIQLAMA
"Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadılması ilə bağlı fikirləri sosial şəbəkələrdə, mediada birmənalı qarşılanmayıb. Bu gün əsas müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu gün təhsilimizdə bir-birini əvəz edən problemlərin içərisində bir dərs ilinin müddəti, onun yaratdığı fəsadlar o qədər də ön sıralarda deyil. Doğrudur xarici ölkə təcrübələrinə baxdıqda Azərbaycanın dərs ilinin müddəti qısadır. Bir sıra ölkələrdə dərs ili adətən yayın sonlarında ən yaxşı halda iyun ayının sonunda bitir. Əsasən isə senytabrda başlayır. Təbii ki oktyabrda başlanan tədris illəridə var. Tədris ilinən oktyabrın 1-5-də başlayan ölkələrdə var".
Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. O bildirb ki, ümumilikdə götürəndə elə ölkələr var ki, onlarda dərs ilinin hətta 10-11 aya çatır:
"Dərs ilinin müddəti kəmiyyət göstəricidir. Məsələnin məzmununu keyfiyyət üzərində qurmaq lazımdır. Tutaq ki, artırdıq. Dərslər əvvəl sentyabrın 1-i başlayırdı. Sonra isə sentyabrın 15-i oldu. Təzədən senytabrın 15-i senytabr ayının 1-ə gətirdik. Deyək ki, iyunun 30-da bitirdik dərsləri. 1 ay artdı . Bəs sonra? Məsələnin məzmun göstəricisi tamam ayrıdır. Hələ mən demirəm ki, bunun uşaqlara nə kimi zərərləri olacaq".
Ekspertin sözlərinə görə, bizdə şagird sıxlığı ucbatından, müəyyən problemlərə görə şagirdlərin yüklənmə tendensiyası xarici ölkələrə nisbətində daha çoxdur:
"Xarici ölkələrdə- Finlandiya, Almaniya, İspaniya, Avstriya və Danimarkada artıq bu cəmiyyətdə norma şəklində cərəyan edir. Şagirdlər onlarda yüklənmir. Çünki tədris ilinin müddəti 11 aydır. Bizdən çoxdur. Amma bu tədris ili özü necədir? Onun keyfiyyəti uşaqları nə dərəcədə qane edir yaxud yoru anlayışını vermək lazımdır. Mən də etiraf edirəm ki, Azərbaycan tədris ilinin müddəti adını çəkdiyim ölkələrə nisbətdə qısadır. Yaponiyada az qala 11 aya çatır. Amma yapon şagirdi ilə bizim şagird bir deyil axı. Yaponiyada məktəbin infrastrukturu, məktəbin şagirdə verdiyi əlavə imkanlar, əlavə göstərici bir deyil. Tədris ilinin müddətini uzatmaq istəyiriksə, onda digər keyfiyyətləri də bir etməliyik".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur