Azərbaycan muğamları və xalq mahnıları Türkiyə radiosunda səslənəcək - FOTO
Azərbaycan muğamları və xalq mahnıları Türkiyənin TRT radiosunda səsləndiriləcək.
Bu barədə "Report"un Ankara bürosuna layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər bildirib.
Onun sözlərinə görə, 2018-23-cu illərdə Türkiyə telekanallarında Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən "Azərbaycan Rüzgarı" proqramı bu dəfə radio vasitəsilə yayımlanacaq.
Müəllif layihəsinin yeni formatda Türkiyənin "TRT TÜRKÜ" radiosunda hər həftənin bazar günləri səslənəcəyini qeyd edib:
"Azərbaycan mədəniyyəti, incəsənəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Biz də dünyanın dörd bir tərəfində yüksək nüfuza sahib olan qardaş Türkiyənin həm coğrafi, həm siyasi, həm də can Azərbaycana olan səmimi, dost mövqeyinə görə bu fürsəti qaçırmamağa qərar verdik. Xüsusilə musiqilərimiz, muğam və xalq mahnılarımız Türkiyədə həddən artıq sevildiyinə görə bu sahənin təbliğinə üstünlük vermək istədik".
Əlavə edib ki, layihə TRT rəhbərliyinə təqdim edilib və bəyənilib:
"Ona görə biz də Azərbaycanın ustad xanəndələrinin və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verən, yaddaqalan, zövq oxşayan, ruhları təzələyən mahnılarımızı seçib, səsləndirəcəyik. Təbii ki, "Azərbaycan Rüzgarı" proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik".
Proqram çərçivəsində Azərbaycan şairlərinin şeirləri ifa olunacaq, dəyərli ədiblərin, fikir adamlarının fikirləri yeri gəldikcə səsləndiriləcək, tarixi günlərimiz anılacaq:
"Odur ki, hər həftənin bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da hər kəsi "TRT TÜRKÜ" radiosunu dinləməyə dəvət edirəm. Proqrama yanvarın 7-dən start veriləcək".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur