Kişiləri müəllimliyə necə CƏLB edək? – Deputatdan maraqlı TƏKLİF

Kişiləri müəllimliyə necə CƏLB edək? – Deputatdan maraqlı TƏKLİFAzərbaycanda kişi müəllimlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Elm və Təhsil Nazirliyinin son statistikasından da məktəblərdə gender fərqinin kəskin şəkildə olduğu bəlli olub. Ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var.

Bu fərq həm paytaxt, həm də bölgələrdə özünü göstərir. Belə ki, Bakıda fəaliyyət göstərən 33 min 312 müəllimin 2590 nəfəri kişi, 30 min 722 nəfəri isə qadındır. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir.

Ölkədə müəllim ixtisasına marağın artırılması üçün bir sıra layihələr həyata keçirilir. Müəllimləri bölgələrdə işləməyə cəlb etmək üçün rayon mərkəzindən uzaqlığına görə iki istiqamətli həvəsləndirmə (H1 və H2) tətbiq edilir. Yəni cinsindən asılı olmayaraq həmin müəllimlərin əməkhaqqına müəyyən məbləğdə əlavələr edilir. Kişi müəllimlərin paytaxta nisbətən bölgələrdə çoxluq təşkil etməsində bunun cüzi də olsa, rolu var.

Digər tərəfdən, psixoloqlar məktəbdə təlim-tədrisin yalnız bir cins tərəfindən aparılmasının fəsadlarının olacağından narahatdılar.

Bəs, hansı tədbirlər görülsə, kişiləri müəllimliyə cəlb etmək olar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Etibar Əliyev ölkədə müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox addımların atıldığını deyib:

"Əslində, müstəqillik illərindən sonra müəllimlərin qadın və kişi tarazlığına çox ciddi diqqət yetirilməli idi. Müəllim peşəsi hər iki cins üçün maraqlı peşədir. Müəllimlərin əməkhaqqında diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanından sonra artımlar oldu. Ölkədə müəllimlərin repetitorla məşğul olmalarında heç bir maneə yoxdur. Yəni müəllimin yaşayışı, təminatı üçün ölkədə kifayət qədər şərait yaradılıb. Bəzən bir çox ölkələrdə müəllimlərin maaşları ilə ölkəni müqayisə edirlər. Orada keyfiyyət ciddi şəkildə tələb olunur. Bizdə isə istər kişi, istər qadın müəllimlər olsun keyfiyyətə bir o qədər cavabdehlik daşımırlar".

Milli Məclisin üzvü hesab edir ki, məktəb müəllimləri arasındakı gender bərabərsizliyi təbii xarakter alıb:

"Qızların müəllim olmaq həvəsi çoxalır, oğlanlarda isə azalır. Təbii prosesdir, heç kimi məcbur etmək olmaz. Sadəcə, bəzi rəğbətlənmə və maarifləndirmə tədbirləri həyata keçirilməlidir ki, kişi müəllimlərin sayı artsın. Məktəbdə müəllimlərin 85 faizini qadınlar təşkil edirsə, bu, təbii xarakter alaraq gəlib bu rəqəmə çatıbdır. Tədbirlər görülsə də reallıq bundan ibarətdir. Oğlanlar hətta pedaqoji ixtisaslara daxil olandan sonra həmin peşəni seçmirlər, onun arxasınca getmirlər. Onlar diplom, ali təhsil xatirinə təhsil alıblar".

O, kişi müəllimlərin əməkhaqqına hansısa formada əlavələrin olmasının tərəfdarı deyil:

"Burada fərqləndirmənin özü də müəyyən əks effekt yarada bilər. Kişi cinsindən olan müəllimə qadın cinsindən olan müəllimdən iki dəfə çox maaş verilsin ki, o müəllim olsun. Ancaq axın yaransa belə, kişilər keyfiyyətli müəllim olacaqmı?! Həm də bu, müəllimlər arasında cinsi ayrı-seçkiliyə, fərqliliyə gətirib çıxaracaq. Müəllimlər üçün xeyli vakant yerlər elan olunur, kişi cinsindən olanlar orada iştirak etsələr, lap yaxşı olar. Yaponiyada bütün məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri kişilərdir. Məktəbdə də kişilər üstünlük təşkil edirlər, ölkənin təhsil sistemi inkişaf edib. Düşünürəm ki, bir proqramın qəbul olunması üzərində düşünməyin vaxtı gəlib çatıb. Elə orta məktəbi bitirən kişi cinsindən olan abituriyentlərin çoxu da müəllimlik ixtisasını seçmir".

Etibar Əliyev kişi repetitorlarla qadınlar arasında fərqin az olduğunu və yaxud kişilərin çoxluq təşkil etdiyini bildirib. Onun sözlərinə görə, indi həm də elmlə məşğul olan qadınların sayı artıb:

"Əvvəllər elmlə daha çox kişilər məşğul olurdular, indi isə qadınların sayı artıb. Çünki gənc aspirant, gənc doktorant o təqaüdlə istər subay, istərsə də evli vəziyyətdə özünü yaşada bilmir. Bu, çox aşağı məbləğdir. Ona görə də qadınlar elmə daha çox maraq edirlər. Əvvəllər təbiət elmləri üzrə alimlik dərəcəsi alanlar arasında kişilər çox idi, indi qadınların sayı artıb".

Deputat əsas məsələnin regionlarda müəllim çatışmazlığından ibarət olduğunu vurğulayıb:

"Burada ən ciddi məsələ regionlardadır. Yəni istər qadın, istərsə də kişi olsun qeyri-ixtisas müəllimləri başqa fənni tədris etməməlidir. Fənnin öz müəllimi həmin fənni tədris etməlidir. Burada artıq qadın və kişinin fərqi yoxdur, o fənlər boş qalmamalıdır.

Regionlarda müəllim çatışmazlığı nəzərə alınıb və bir sıra stimullaşdırıcı, rəğbətləndirmə tədbirləri həyata keçirildi. Amma bu müəyyən bir dövrdə effekt verdi. Təxminən bir-iki il bundan öncə rayonların birində rast gəldim ki, coğrafiya müəllimi riyaziyyat dərsi, biologiya müəllimi fizika dərsini tədris edir. Bu, o deməkdir ki, 21-ci əsrdə bizdə regionlarda müəllim çatışmazlığı var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 807   Tarix: 02 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu

17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar

17 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr
.

Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA

Bazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkd

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr