"Bu "qərar" Şahramanyanı DTX zirzəmisindən xilas etdi" - VİDEO
Yanvarın 1-dən qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Samvel Şahramanyanın Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı ötən il sentyabrın 28-də imzaladığı dırnaqarası "fərman" qüvvəyə minib. Həmin sənədə əsasən, 2024-cü il yanvarın 1-dən qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb və əvvəl-axır Qarabağdakı separatçılar tərksilah olunacaqdılar. Sadəcə, bunu diplomatik yolla sürətləndirmək lazım idi və Bakı bütün masalarda II Qarabağ savaşından sonra yaratdığı yeni geosiyasi reallıqları qəbul etdirməklə bunu bacardı. Şahramanyan kimiləri isə dırnaqarası imzaları ilə cinayətkar olduqlarını bir daha qəbul edib qaçdılar. Azərbaycan ərazisindəki qondarma rejimin lokal xarakterli antirerror tədbirləri nəticəsində ləğv edilməsi 2023-cü ildə Azərbaycanın ən böyük qələbələrindən biri oldu.
Politoloqların təbirincə desək, Azərbaycan ATƏT-in Minsk Qrupunu gorbagor etdiyi halda qondarma rejimin həyatda qalmaq cəhdləri mənasız idi. Ali baş komandan İlham Əliyevin azad olunan torpaqlarda Azərbaycanın üçrəngli bayrağını ucaltması şanlı qələbənin təcəssümüdür. Zəfər günündə Xankəndidə keçirilən hərbi parad, ardınca Qarabağ və Mərkəzi Ordu İdman Klubu arasında futbol üzrə Azərbaycan kuboku oyununun keçirilməsi ermənilərin "Artsax" tələblərinin sarsaq xam xəyaldan başqa bir şey olmadığının isbatı oldu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1601 Tarix: 02 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabr