Bu məktəbin bir şagirdi və bir müəllimi var - REPORTAJ
Ölkəmizdə cəmi 1 şagirdi olan 7 məktəb fəaliyyət göstərir. Həmin məktəblər İsmayıllı, Quba, Lerik (hərəsində 2 məktəb) və Ağsudadır (1 məktəb).
AZƏRTAC xəbər verir ki, Ağsu rayon Axunlu kəndində yaşayan Zəhra Babayevanın 6 yaşı var. O, kənd məktəbinin yeganə şagirdidir. Hazırda birinci sinifdə oxuyan Zəhranı digər məktəblilərdən fərqləndirən, onun sinif yoldaşlarının olmamasıdır. Hər gün məktəbə tək gedir, partada tək oturur. Amma bütün bunlar onu dərslərindən geridə qoymur.
Məktəbin kollektivi cəmi 4 nəfərdən – direktor-müəllim, iki texniki işçi və bir şagirddən ibarətdir.
Otuz ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan Zəhranın müəllimi Bədurə Babayeva deyir ki, əslində, onun üçün sinifdə uşaq sayının fərqi yoxdur. Şagird sayından asılı olmayaraq, tədris təyin olunmuş proqram üzrə aparılır: "Əvvəllər məktəbimizdə şagird sayı çox olub, indi isə bir nəfərdir. Bu da kənddə əhalinin sayının az olması ilə əlaqədardır. Amma gələn il 4-5 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində məktəbdə bir neçə şagird təhsil alıb, onlar ibtidai təhsillərini başa vurublar və hazırda qonşu kənddəki ümumi orta məktəbində təhsillərini davam etdirirlər".
Kənd sakini Səməd Qəmbərov isə bildirib ki, kənddə cəmi 20 ev var. Qonşu kənddə tam orta məktəb olsa da, oraya xeyli məsafə var. "Bizim kəndlə o məktəb arasında 3 kilometr məsafə var. Ona görə də bu məktəbin olması bizim üçün yaxşıdır. Çünki azyaşlı uşaqların o qədər yolu piyada getməsi çətin məsələdir. Ona görə də kəndimizdə dərs keçirilməsi bizə daha uyğundur", - deyə o əlavə edib.
Xatırladaq ki, ölkəmizdə cəmi 1 şagirdin təhsil aldığı 7 məktəb olsa da, şagird sayı 4000-dən çox olan 10 məktəb də var. Bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhərindədir. Eyni zamanda, şagird sayı 5000-dən çox olan 3 məktəbin 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1100 Tarix: 02 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabr