DYP-dən nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində DİN, o cümlədən DYP xidməti tərəfindən ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirilib, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb.
Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilid sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 641 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabr