Vergilərlə bağlı yeni güzəştlər kimlərə aiddir? - AÇIQLAMA + VİDEO

Vergilərlə bağlı yeni güzəştlər kimlərə aiddir? - AÇIQLAMA + VİDEO"Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq 2023-cü il fevralın 1-dən etibarən beş il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub".

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildən başlayaraq Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq edildiyini göstərir:

"Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib. 2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu istiqamətdə vergi güzəştlərinin hədəf yönümlüyünün artırılmasına hesablanıb. Hazırkı vəziyyətdə müəssisələrin təsisçiləri əsas etibarilə kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin sahibləri deyil, digər iştirakçılardır".
"Bu baxımdan dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsinin 10 faizdən beş faizə endirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolmasının ləğv olunaraq beş faiz dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib", - qeyd edilib.

Ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1262   Tarix: 03 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust
.

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo

12 iyul
.

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik

25 iyun
.

Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər

3 iyun
.

Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan-karta köçürmə əməliyyatı aparmaq mümkündür, aylıq köçürmə məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Eyni zamanda, vətəndaşı

3 avqust
.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust
.

"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb

Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd

6 avqust
.

Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib

Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi

4 iyun
.

Azərbaycan gübrə idxalına 50 milyon dollar xərc çəkib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50 milyon dollar dəyərində gübrə idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə ölkənin gübrə idxalı xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 8% çoxdur

6 avqust