Azərbaycan dronları İrəvan səmasında... - Ermənilər təlaşda
CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda "Azərbaycan dronları başımızın üzərində gəzir" müzakirələrinə səbəb olub.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır.
"Nyus.am" yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada "vasitəçilər" var.
Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən "vasitəçilər" versiyası üzərində dayanır.
"Yəqin ki, bu işdə onlara "vasitəçilər" kömək edib. Lakin Azərbaycan telekanalının İrəvanda və Ermənistanın digər yerlərində çəkilişləri necə təşkil etdiyi hələ də müəmmalı olaraq qalır", - sayt yazır. Hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri kömək edib.
Ermənistan mediasında dron çəkilişini hətta Azərbaycanın "xüsusi əməliyyatı" kimi təqdim edənlər də var.
Qeyd edək ki, CBC-nin çəkiliş qrupunun Ermənistana səfər etdiyi və görüntüləri oradan çəkdiyi bildirilir. Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1884 Tarix: 04 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azər Hacıyevə yüksək vəzifə verildi
Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. -ın məlumatına görə, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra başçısının əmri ilə Azər Hacıyev qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiy
17 aprelƏli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi
Nazirlər Kabineti "Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Şuraya sədrlik edə
15 aprelGədəbəydə körpə qızdırmadan ölüb
Gədəbəydə körpə qızdırmadan ölüb. "Report"a istinadən xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır
16 aprelOrdubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO
Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib. xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə 32 ev qazsız qalıb. Hal-hazırda təmir-bərpa işləri davam etdirilir. 10:08. Naxçıvan Muxtar Respublikası (MR
16 aprelKorovinin kürəkəni Günel Şahmalıqızını işdən çıxarıb?
"Space" Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdə
16 aprelİşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraat
17 aprel"Teleradio"ya yeni rəhbər təyin olundu
"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC-nin (Teleradio) rəhbəri dəyişib. APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub
16 aprelBakıda bu şadlıq sarayı bağlandı (FOTO/VİDEO)
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirili
16 aprelQusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. -ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə i
16 aprel