Moskvada 45 azərbaycanlının öldüyü faciə - Niyə heç kim məsuliyyətə cəlb edilmədi?

Moskvada 45 azərbaycanlının öldüyü faciə - Niyə heç kim məsuliyyətə cəlb edilmədi?2006-cı il fevralın 23-də Moskvada baş verən hadisə bu gün də Azərbaycan sərhədlərindən kənarda soydaşlarımızla bağlı yaşanmış ən böyük faciələrdən biri hesab olunur. 45 Azərbaycan vətəndaşının həyatına son qoyan faciə 1975-ci ildə inşa olunan və Moskvanın Bauman küçəsində yerləşən Basman bazarı ilə bağlıdır. Bazar o zamanlar SSRİ-də dəb olan proqressiv memarlıq üslubunda, dayaqsız günbəz konstuksiyası əsasında inşa olunmuşdu. 31 il sonra baş verəcək faciədə də məhz bu yanlış memarlıq üslubu önəmli rol oynayacaqdı.

2006-cı il fevralın 23-ü Moskva vaxtı ilə 05:20-də Basman bazarının günbəzi uçdu. Bu zaman bazarın binasında 100-ə qədər insan var idi. Dağıntıların miqyası 3 min kvadrat metr ərazini əhatə edirdi.

Xilasetmə əməliyyatlarına Moskvanın bütün axtarış-xilasetmə dəstələri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Dövlət Mərkəzi Xilasetmə Dəstəsinin, digər nazirlik və idarələrin nümayəndələri cəlb olunmuşdu. Günbəzin dəmir-beton konstuksiyasının geniş sahədə çökməsi, qarlı hava şəraiti xilasetmə işlərini çətinləşdirir, dağıntılar altında qalan insanların xilas edilməsini çətinləşdirirdi. Bu çətinliyə başlayan yanğın da əlavə problem yaradırdı. Belə ki, Basman bazarının boya anbarlarından birində yanğın olmuşdu. Bu şəraitdə xilasetmə işləri 2 gün ərzində aparılmışdı.

Basman bazarının çökməsi nəticəsində 68 nəfər həlak olmuş, 33 nəfər isə xilas edilmişdi. Ölənlər arasında 45 Azərbaycan, 7 Gürcüstan, 16 Taciksitan və Özbəkistan vətəndaşı var idi.

Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşındı.

Dağıntı ilə bağlı araşdırma aparan Moskva hökumət komissiyasının üzvləri belə qənaətə gəliblər ki, orijinal layihəli bina 30 il ərzində düzgün istismar olunmayıb. Ümumiyyətlə, istifadəyə verildiyi vaxtdan bəri bazarın binasında heç bir əsaslı təmir aparılmamışdı.

Bütün bu müddət ərzində damda heç kimin təmizləmədiyi qar və yağış suları yığılıb. Su tıxanmış kanalizasiya borularından axıb keçə bilmədiyi üçün içəridəki hidroizolyasiya dəliklərdən keçərək əsas metal konstuksiyalarının üzərinə axıb. Uzun illər ərzində bazar rəhbərliyinin səhlənkarlığı və təmizləmə işləri aparmaması səbəbilə həmin metal konstuksiyalar suyun təsiri ilə korroziyaya uğrayıb. 2006-cı il fevralın 23-də həmin bazarın günbəzini saxlayan paslanmış troslardan biri qopub. Bu zaman deformasiyaya uğramış beton konstuksiyalar çöküb və Basman bazarının damı çöküb.

Yanlış tikintisi zamanı yol verilən konstuksiya yanlışlıqları, 31 il ərzində bazarda əsaslı təmir işlərinin aparılmaması, təhlükəsizlik qaydalatının pozulması və bazar rəhbərliyinin səhlənkarlığı 68 insanın ölümünə yol açdı.

Bazarın direkoru Mark Mişiyev fevralın 24-də həbs edilmiş və ona qarşı RF Cinayət Məcəlləsinin 109-cu maddəsi – "Vəzifəli şəxsin öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıq üzündən iki və daha çox adamın ölməsi" maddəsi üzrə ittiham irəli sürülmüşdür.

İstintaq hesab edirdi ki, Mark Mişiyev təhlükəsizlik qaydalarına riayət olunması üzrə üzərinə düşən vəzifələri kobud şəkildə pozmuş, binanın texniki vəziyyətinin monitorinqini təşkil etməmiş, onun düzgün istismarı, təmir olunması üçün tədbirlər görməmiş və otaqların quruluşunun özbaşına dəyişdirilməsinə dəfələrlə yol vermişdir.

Amma Basman bazarının çökməsi ilə bağlı cinayət işi sona qədər aparılmadı. Bazarın direktoru saxlanılsa da, 2 həftə sonra o, azadlığa buraxıldı və cinayət işinə xitam verildi. 2008-ci ildə istintaq çökmənin səbəbkarlarının olmadığını açıqladı və bazarın yerində yaşayış binası tikildi.

Beləliklə, 68 nəfərin, o cümlədən 45 azərbaycanlının həyatına son qoyan faciəyə görə heç kəs məsuliyyətə cəlb olunmadı. (Lent.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3146   Tarix: 04 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr