Azərbaycanın qiymətli kağızlar sektoru 2023-cü ildə - İCMAL
2023-cü ili Azərbaycanın qiymətli kağızlar sektoru üçün mühüm il saymaq olar.
İl ərzində "Bakı Fond Birjası" QSC-nin (BFB) və Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi dəyişdirildi. Hər iki qurumun həm İdarə Heyəti, həm də Müşahidə Şurası yenidən formalaşdırıldı.
Bundan başqa, ötən il BFB-nin və MDM-in sistemləri yeniləndi. Maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri - "Montran" şirkəti ilə birlikdə yaradılmış Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar Platforması (CEDAR) istifadəyə verildi.
Hesabat dövründə Azərbaycan Mərkəzi Bankı (AMB) heç bir investisiya şirkətinə lisenziya vermədi, yeni yaradılmış "Novocapital İnvestisiya Şirkəti" QSC-nin lisenziya alması isə 2024-cü ilə qaldı. Bundan başqa, AMB-nin investisiya fondlarının idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-yə verdiyi lisenziyanın müddəti başa çatdı. Bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşdü. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir. Həmçinin, il ərzində "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin təsisçisinin dəyişməsi ("Bank BTB" ASC-nin onu satması) ilə əlaqədar adını "Assist Finance İnvestisiya Şirkəti"nə dəyişdi.
2023-cü il Azərbaycanda səhm və istiqraz emissiyalarının reallaşdırılması baxımından aktiv il oldu. Həm maliyyə, həm də qeyri-maliyyə təşkilatları kapital bazarı vasitəsilə nizamnamə kapitallarını artırdı, həm də borc aldı. Bu baxımdan Asiya İnkişaf Bankının ötən il ərzində iki dəfə (8,4 milyon manata və 14,5 milyon manata) milli valyutada istiqraz buraxması, eləcə də dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 100 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirməsi xüsusi qeyd olunmalıdır. Bununla da, Azərbaycanda istiqraz buraxmış dövlət şirkətlərinin sayı Dövlət Neft Şirkəti (SOCAR) və "AzerGold" QSC ilə birlikdə 3-ə çatdı. Bu arada, AMB dövlət istiqrazları üzrə qiymətləndirilən gəlirlilik əyrisi açıqlamağa başladı.
Ötən ilin yekunlarını "Report"a ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini, Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımova şərh edib: "2023-cü ili kapital bazarı iştirakçıları üçün infrastrukturun təkmilləşdirilməsi ili saymaq olar. Ötən il bazarda qeyri-adi sıçrayışıar qeydə alınmayıb. Əməliyyatların böyük hissəsi dövlət qiymətli kağızları ilə aparılıb. Hesab edirəm ki, bu il bazar inkişafa daha meylli olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrAzərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət
8 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrAzərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb
Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ
14 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabr