"Qurtuluş 93"ün sahibinin "Land Rover"lə dörd nəfəri öldürən kürəkəni yenidən hakim qarşısında

"Qurtuluş 93"ün sahibinin "Land Rover"lə dörd nəfəri öldürən kürəkəni yenidən hakim qarşısındaBakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 9-na təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, cinayət materiallarında göstərilib ki, 14 iyun 2021-ci il tarixində saat 00:20 radələrində Binəqədi-Novxanı yolunda təqsirləndirilən şəxsin 90 km/saat sürətlə idarə etdiyi "Land Rover" markalı avtomobillə Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobil toqquşub. Nəticədə ehtiyatsızlıqdan "Daewoo Damas"ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüblər. Eyni zamanda, hadisə zamanı "Daewoo Damas" markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.

İttihama görə, məhkəmə istintaqı zamanı tədqiq edilən tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda yüngül dərəcəli sərxoşluq aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib. O, özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib. E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixində dostları ilə Sumqayıt şəhərində yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona zəng edərək hərarətinin qalxdığını deyib:
Ətraflı

"Oğluma evə gəldiyimi bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi. Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğundan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar yolu qaçaraq keçmək istədilər. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn "Deawo Damas" markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım".
O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə içki içən deyil:"Həmin günü də orada içki qəbul etməmişdim".

Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb.

Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, "Land Rover" markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində "Yol hərəkəti haqqında" Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub. Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanununun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb. Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Ali Məhkəmənin qərarına əsasən isə, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Qərara əsasən, Elşad Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib. Hökmdən narazı qalan prokurorluq kassasiya protesti verib.

Xatırladaq ki, E.Kəlbəliyev "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1089   Tarix: 07 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr