Dünyanın ən bahalı futbol klubları - SİYAHI
"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını dərc edib. Komandalar idman bazarındakı infrastruktur, tərkib və kommersiya statusuna görə qiymətləndirilib.
Sonxeber.az Lent.az-a istinadla bildirir ki, birinci yeri ekspertlərin hesablamalarına görə 5 milyard 490 milyon avro olan "Real Madrid", ikinci yeri isə "Mançester Yunayted" tutub. Klubdakı real böhrana baxmayaraq, onun dəyəri hələ də yüksəkdir və 5 milyard 427 milyon avro təşkil edir. İlk üçlüyü 4 milyard 984 milyon avro ilə "Barselona" tamamlayır.
Qeyd edək ki, ilk 10-luqda yer alan klubların əksəriyyəti Premyer Liqadandır, A Seriyasından isə heç bir komanda bu reytinqə daxil edilməyib.
"Forbes" jurnalına görə dünyanın ən bahalı 10 klubu:
1. "Real Madrid" - 5,5 milyard avro.
2. "Mançester Yunayted" – 5,4 milyard avro.
3. "Barselona" – 4,9 milyard avro.
4. "Liverpul" - 4,7 milyard avro.
5. "Mançester Siti" – 4,5 milyard avro.
6. "Bayern" - 4,3 milyard avro.
7. PSJ – 3,8 milyard avro.
8. "Çelsi" - 2,8 milyard avro.
9. "Tottenham" – 2,5 milyard avro.
10. "Arsenal" - 2,4 milyard avro.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1256 Tarix: 07 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ" "Tvente" ilə həlledici oyuna çıxır
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas
27 avqust"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib
Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ
6 sentyabrAzərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqası. I dövrə, IV tur. 4 sentyabr. 18:00. "Qəbələ" - "İmişli". Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
3 sentyabr"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqustToralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
4 sentyabrAzərbaycanın 3x3 basketbol millisinin oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçiriləcək FIBA Avropa Kubokunda qrup oyunlarının təqvimi bəlli olub. -ın məlumatına görə, yığma A qrupunda Niderland və Ukrayna ilə üz-üzə gələcək. Komanda sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayn
26 avqustPSJ Luis Enrike ilə müqaviləni uzadıb
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS
6 sentyabr