6 yaşına qədər olan uşaqların "yemək pulu"nu dövlət qarşılaya bilər?- AÇIQLAMA
Uşaq pulu məsələsi zaman-zaman gündəmə gəlir. Eyni zamanda Azərbaycanda elə ailələr var ki,övladlarını lazımi qida ilə təmin edə bilmirlər. Bəs sosial təminatı aşağı olan ailələrdə yaşayan 6 yaşına qədər uşaqların "yemək pulu"nu dövlət qarşılaya bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Sonxeber.az-a açıqlama verib.
Deputat son illər sosial təminat sahəsində ciddi islahatlar aparıldığını bildirib:
"Son zamanlar mediyaya ehtiyac sahibi ailələrin müraciəti çoxalır. İnsanlar düşünür ki, bu onların probleminin çıxış yoludur. Lakin nəticə etibarilə 1-2 gün mediada görünəndən sonra bu şəxslər unudulub gedir. Onlara isə bu problemin çıxış yolu göstərilmir. Dövlət ehtiyac meyarlarının müəyyənləşdirilməsini günbəgün asanlaşdırır ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər bundan faydalansın.
Son illər sosial təminat sahəsində ciddi islahatlar aparılıb, artıq vətəndaşlar onlayn şəkildə sosial yardımdan faydalanmaq üçün dövlət qurumlarına müraciət ünvanlaya bilirlər".
Müşfiq Cəfərov vətəndaş qəbulu zamanı rastlaşdığı problemlərdən danışıb:
"Artıq sosial yardımdan faydalana bilmək üçün müəyyənləşdirilən meyarlar da sadələşdirilib. Amma mən öz vətəndaş qəbulu zamanı rastlaşdığım problemi xüsusi qeyd etmək istəyirəm. Bəzən vətəndaş müraciət edir ki, mən dövlətin sosial təminat proqramına müraciət edirəm, lakin mənə mənfi cavab gəlir, araşdırdıqda müxtəlif səbəblərlə qarşılaşırıq. Vətəndaş kiminsə istifadə etdiyi maşını öz adına qeydiyyatda saxlayır, amma bu onun deyil, lakin aidiyyatı qurumun sistemində vətəndaşın ehtiyac meyarlarına uyğun olmadığı görünür. Eyni zamanda ailənin tərkib hissəsinin hərəsi bir evdə qeydiyyatdadır. Sənədlərin düzgün olmaması sosial yardıma müraciət edənlərin mənfi cavabla rastlaşmasına səbəb olur. Digər tərəfdən də vətəndaşlar arasında ehtiyacı olmadığı halda bu yardımdan faydalanmağa çalışanlar da var. Bu da əsl ehtiyac sahiblərinin sosial təminatının reallaşmasına mane olur".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1544 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr