Ömürlük həbsdən bəraət almışdı: Bir milyon təzminat istəyir - VİDEO
İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanov təzminat tələbi ilə məhkəməyə müraciət edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qəhrəmanov günahsız olduğu halda həbsdə keçirdiyi illərin maddi və mənəvi ziyanının ödənilməsini istəyir. O, ümumilikdə 1 milyon manat təzminat tələb edir.
İddiaya cavabdeh Maliyyə Nazirliyidir.
Qeyd edək ki, Aydın Qəhrəmanov 2013-cü ildə Birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürmə ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
9 il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanovun günahsız olduğunu elan edib. O, bəraət alaraq azadlığa buraxılıb. Qərardan prokuror protest versə də, Ali Məhkəmə etirazı əsaslı hesab etməyib.
Məlumat üçün bildirək ki, Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən bəraət almış şəxsin maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var. Mənəvi ziyan şəxsin həbsdə keçirdiyi hər aya görə hesablanır. Maddi ziyan isə həbsindən əvvəl aylıq qazancına uyğun verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1296 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr