Ətin qiyməti bahalaşıb? - ARAŞDIRMA + VİDEO
Son günlər sosial şəbəkələrdə quzu ətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Ətin bir kiloqramının qiymətinin 20 manat olduğu bildirilib.
Bəs iddialar nə dərəcədə əsaslıdır? Ətin qiyməti bahalaşıbmı?
Satıcılar bildiriblər ki, ətin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət heyvanın çəkisindən asılıdır. Çəki az olduqda qiymət də yüksəlir. Bu baxımdan bazarda nəinki kilosu 20 manata, hətta 22 manata olan quzu ətinə də rast gəlmək mümkündür.
Lakin belə məhsullar geniş alıcı kütləsi üçün deyil. Onlar sifarişlə satılır.
İqtisadçı Xalid Kərimli hesab edir ki, tələbatın artması səbəbindən bahalaşmanın olması normal haldır:
"Son dövrlər əhalinin sayında artım müşahidə olunur, eyni zamanda da quzu, qoyun, keçi yetişdirilməsi sahəsində say artımı qeydə alınmır. Beləliklə, əhalinin tələbatı artdıqca quzu, keçi ətinin qiymətinin yüksəlməsi paralel şəkildə davam edir. Bahalaşmanın dayanması üçün ya qoyun, keçi yetişdirilməsi çoxalmalıdır və yaxud xaricdən - Gürcüstün, İran, Dağıstandan qoyun ətinin idxalı artmalıdır".
Bir sözlə, bazarda hər qiymətə ətə rast gəlmək olar. Lakin bu heç də bahalaşma demək deyil. Qiymətin dəyişməsi məhsulun həcmindən və ona olan tələbatdan asılıdır.
Ətraflı Baku TV-nin süjetində:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo
12 iyulDGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"
"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik
25 iyunQramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər
3 iyunSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqust"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd
6 avqustAzərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi
4 iyunAzərbaycan gübrə idxalına 50 milyon dollar xərc çəkib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50 milyon dollar dəyərində gübrə idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə ölkənin gübrə idxalı xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 8% çoxdur
6 avqust