İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti iddiası (FOTO)
Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlər yaşadıqları binanın bərbad vəziyyətdə olmasından cana yığılıblar.
Bakupost.az-a müraciət edən sakinlər bildiriblər ki, 5 il ərzində onlardan 215 min manat mənzil haqqı yığılsa da, binada heç bir iş görülməyib:
"Liftlər xarabdır, bloklar bərbad vəziyyətdədir. Artıq bezmişik. Dəfələrlə komendanta desək də, bizi başından edir. Heç bir problemlə maraqlanmır. Ancaq pul yığmaqla məşğuldur".
Sakinlərin sözlərinə görə, müvafiq qurumlar şikayətləri ilə bağlı tədbir görmədikləri üçün onlar məsələ ilə bağlı Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edəcəklər.
Şikayətçilərin dediyinə görə, bina "Nizami 2" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir:
"Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 983 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr