Azərbaycanda daha bir stadionun projektorları sıradan çıxdı - FOTO
Azərbaycanda daha bir stadionun projektoru sıradan çıxıb.
Prosport.Az-ın xəbərinə görə, Bakıxanov qəsəbəsində yerləşən "Neftçi" Futbol Mərkəzindəki stadionun (keçmiş İsmət Qayıbov adına stadion - red.) projektorlarında nasazlıq yaranıb.
Bu səbəbdən dünəndən start götürməli olan "Neftçi" Futbol Akademiyası üçün nəzərdə tutulan seleksiya məşqləri baş tutmayıb.
Qeyd edək ki, daha əvvəl Tovuz şəhər stadionunda güclü külək nəticəsində projektorlardan biri aşmışdı. Belə ki, dekabrın 23-də Azərbaycan Premyer Liqasının XVIII turunun "Turan Tovuz" – "Araz-Naxçıvan" oyununun 81-ci dəqiqəsində dirəklərdən birinin aşması nəticəsində oyun yarımçıq saxlanılmış və ertəsi gün matç qaldığı yerdən davam etdirilmişdi. Tovuz klubu bu səbəbdən öz meydanında qış fasiləsindən sonra keçiriləcək görüşləri günorta saatlarında keçirməyə məcbur qalıb.
Həmçinin, daha əvvəl "Səbail" klubunun Bayıl qəsəbəsində ev oyunlarını keçirdiyi "ASCO Arena"nın işıqlandırma sistemində problem olduğundan, komanda rəqiblərini günorta qəbul etməyə məcbur qalıb. AFFA U-15 Liqasında "Səbail" - "Kəpəz" oyunu bu səbəbdən keçirilməyib və təxirə salınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 690 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr