Dayanacaqlara reklam yapışdıranlara XƏBƏRDARLIQ: 5000 manatdan 10000 manatadək...

Dayanacaqlara reklam yapışdıranlara XƏBƏRDARLIQ: 5000 manatdan 10000 manatadək...Paytaxtın mərkəzi küçələrində avtobus dayanacaqlarına pərakəndə, səliqəsiz, üst-üstə yapışdırılan müxtəlif məzmunlu elanlara, demək olar, hər gün rast gəlirik. Adiyyəti qurumlar tərəfindən dayanacaqlar mütəmadi olaraq təmizlənsə də, bir neçə saat sonra adi A4 kağızlarda "xadimə axtarılır", "kirayə ev", "dil kursları", "torpaq satılır", "ən dadlı xaş bizdə" kimi elanlar yenidən peyda olur. Xoşagəlməz görüntü yaratmaqla yanaşı, belə elanların əksəriyyəti saxta, həm də qanunsuzdur.

Tanınmış vəkil Turan Abdullazadə Pravda.az-a açıqlamasında məsələnin hüquqi tərəflərindən danışıb.

Şəxsi həyatın toxunulmazlığını pozma cəzasının sərtləşdirilməsinə ehtiyac varmı? - AÇIQLAMA Pravda.az

Vəkil bildirib ki, "Reklam haqqında" qanunun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır: "Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Pasportun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Hətta ödəniş terminalları üzərində yayımlanan statik və rəqəmsal reklamlar da açıq məkanda yerləşdirilən reklamlar hesab olunur. Reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycanın pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir".

T.Abdullazadə qanunsuz reklam yapışdıranlarla bağlı cərimələrdən də danışıb: "İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 10000 min manatadək məbləğdə cərimə edilirlər. İXM-nin 395.1-1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə isə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 15000 manatadək məbləğdə cərimə edilirlər. Həmin Məcəllənin 428.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar Azərbaycan Dövlət Reklam Agentliyinə müraciət edib icazə almalıdırlar. ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. Bunu ADRA-nın onlayn İcazələr Sistemi olan is.adra.gov.az rəsmi internet səhifəsinə daxil olmaqla ASAN Login ilə həyata keçirmək mümkündür. Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilib. Reklam yayımı haqqı reklam daşıyıcısının növünə, reklamın ölçüsünə və yerləşdiyi əraziyə görə dəyişir. Reklamın yerləşdiyi yerinə görə yayım haqqları ilə agentliyin rəsmi www.adra.gov.az internet səhifəsinin tariflər bölümündə tanış olmaq mümkündür".

Vəkil əlavə edib: "Qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinə rast gəlindikdə onların yayımının dayandırılması barədə sahibkarlara xəbərdarlıq edilir. Reklam yayıcıları buna əməl etmədikdə müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda həmin reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən cərimə tətbiq olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 663   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr