Məktəblilərin "yol pulu" dövlət tərəfindən qarşılana bilər? - AÇIQLAMA

Məktəblilərin "yol pulu" dövlət tərəfindən qarşılana bilər? - AÇIQLAMA"İlk növbədə qeyd edim ki, dərsliklər pulsuz şəkildə verilir, dövlət tərəfindən onsuz da kifayət qədər xidmət haqları ödənilir. Bütün bu xidmətlərin yanında günün müəyyən saatlarında şagirdlərin nəqliyyatdan pulsuz istifadə etməsi təmin edilə bilər. Bu gün Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1, 6 milyon şagird təhsil alır. Onların hamısı nəqliyyatdan istifadə etmir. Məsələn, Bakı şəhərində 420 məktəbdə 470 minə yaxın şagird var. Onlardan nəqliyyatdan istifadə edənlərin sayı 30 mini keçmir.Hesab edirəm ki, şagirdlərin ictimai nəqliyyatdan, xüsusilə, metrodan, Nəqliyyat Nazirliyinə tabe olan nəqliyyat daşıyıcılarından pulsuz istifadə etməsi mümkündür. Dünyada da bu təcrübə var, qardaş Türkiyədə də bununla bağlı tələbələrə xüsusi kartlar verilib".

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, bildirib ki, sui-istifadə hallarını azaltmaqdan ötrü bunu sadəcə müəyyən vaxtlar üçün tətbiq etmək lazımdır: "Fikrimcə, bu, təhsilin əlçatanlılığına, ya da insanların sosial vəziyyətinə müsbət təsir göstərər.Bildiyimiz kimi, hazırda ictimai nəqliyyat özəl sektordur. Əgər onların maddi cəhətdən vəziyyətləri yaxşı olsa, stimullaşdırıcı məsələlər olsa, onda Tarif (qiymət) Şurasına müraciət edə bilərlər. Yalnız bu halda müəyyən güzəştlər ola bilər. Amma birdən-birə 100 minlərlə tələbənin ictimai nəqliyyatdan istifadə etməsi ictimai nəqliyyat sektoruna böyük ziyan verə bilər".

Ekspertin sözlərinə görə, Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkələrində məktəbli və tələbələrin nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir:

"Məsələn, Baltikyanı ölkələrdə orta məktəb uşaqları ictimai nəqliyyatdan pulsuz istifadə edir. Eyni zamanda Avropa Birliyi ölkələrində, o cümlədən Macarıstanda tələbələrə avtobus və metro üçün güzəştli kart verilir. Estoniyanın 15 regionundan 11-də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb. Qonşu Türkiyədə isə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər nəzərdə tutulur. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilir. Fiziki məhdudiyyətli insanlar, qazilər və şəhid yaxınları ictimai nəqliyyatdan pulsuz istifadə edir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1664   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr