"Bizə yaşatdığı möhtəşəm zəfərlərə görə cənab prezident İlham Əliyevə nə qədər təşəkkür etsək azdır" - Emil Əkbərov

"Bizə yaşatdığı möhtəşəm zəfərlərə görə cənab prezident İlham Əliyevə nə qədər təşəkkür etsək azdır" - Emil Əkbərov"Cənab Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı hər zaman olduğu kimi yenə də çox mühüm məsələlərə toxundu".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 2023-cü il Azərbaycanın tarixinə növbəti uğurlu il kimi həkk olundu:

"Cənab prezident yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, növbədənkənar Prezident seçkilərinə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər mühüm məsələlərə dair suallarını cavablandırıb.İlk olaraq ölkə başçısı fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillər barədə danışıb. Cənab prezident İlham Əliyev fevralın 7-də Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçiriləcəyini qeyd edərək sentyabr hadisələrindən sonra yeni dövrün başlandığını da vurğulayıb.

Müstəqil Azərbaycanın tarixində ilk olaraq bütün ölkə ərazisində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olması vacibdir. Ötən il Cənab prezident İlham Əliyevin ölkə başçısı seçilməsinin 20 ili tamam oldu. 20 il ərzində cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan həm regionda, həm də dünyada söz sahibi olan güclü dövlətdir.
Ən mühümü isə cənab prezident İlham Əliyevin xalqına verdiyi bütün sözləri tutmasıdır. Məhz Ali Baş Komandan İlham Əliyevin zamanında atdığı və gələcəyə hesablanmış addımları nəticəsində bu gün bütün Azərbacan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Bizə yaşatdığı möhtəşəm zəfərlərə görə cənab prezident İlham Əliyevə nə qədər təşəkkür etsək azdır. Əminım ki, dövlət və xalq olaraq bundan sonra da cənab prezident İlham Əliyevlə biz daha böyük uğurların şahidi olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 817   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr