Kolbasadan zəhərlənən ailə ilə market sahibi ÜZ-ÜZƏ – "Mən də yemişəm, narahatlığım yoxdur"
Xəbər verdiyimiz kimi, ötən gün Binə qəsəbəsində bir ailənin bütün üzvləri kolbasadan zəhərlənib.
Xəstələrin vəziyyəti ilə bağlı Bizim.Media-ya danışan ailə başçısı Kamran Həsənov bildirdi ki, ailə üzvlərindən 5-i evə buraxılıb:
"Ev şəraitində müalicələrini davam etdirirlər. Lakin gəlinim hələ də xəstəxanadadır. Vəziyyəti də yaxşı deyil. Hamilə olduğu üçün çox qorxuruq. Allahın rəhmi gəlsin".
Kamran Həsənov onu da əlavə edib ki, dünən Daxili İşlər Nazirliyinə və AQTA-ya ərizə ilə müraciət edib:
"Xəstəxana rəsmi kağız verib ki, zəhərlənməyə səbəb kolbasadır. Amma marketin sahibi bunu qətiyyətlə inkar edir. Ərizələrimə nə cavab veriləcəyini gözləyirik".
"Ocaq" marketin sahibi Cavidan Hüseynov isə bildirib ki, ötən gün AQTA-nın nümayəndələri tərəfindən monitorinq aparılıb:
"Satılan kolbasadan analiz üçün nümunə götürülüb. İndi analizin cavabını gözləyirəm. Dünən işçilərin hamısı həmin kolbasadan yeyib, özüm də yemişəm. Heç bir narahatlığımız yoxdur. Əgər analizin cavabı neqativ çıxsa, onda mən qarşı tərəfdən şikayətçi olacam. İki gündür işləyə bilmirik".
Hadisədən 2 gün keçməsinə baxmayaraq AQTA hələ də məsələyə münasibət bildirməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1000 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabr