Azərbaycanda bu şəxslər taksi kimi işləyə bilməyəcək - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu şəxslər taksi kimi işləyə bilməyəcək - RƏSMİ AÇIQLAMA"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir".

Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.

Onun sözlərinə görə, hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur. Artıq regionlarda 600-dək sürücü təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib:

"Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu təlimləri bitirib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir".

Tural Orucov həmçinin deyib ki, təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər:

"Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1214   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr