"Cənab Prezident mövcud vəziyyəti və gələcək hədəfləri təqdim etdi" - Əhliman Əmiraslanov

"Cənab Prezident mövcud vəziyyəti və gələcək hədəfləri təqdim etdi" - Əhliman Əmiraslanov"Cənab Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına veridyi müsahibəsində Azərbaycanın 20 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı fikirlərini ifadə etdi. Dövlətimizin başçısı, eyni zamanda müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı" .

Bunu Sonxeber.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

Əhliman Əmiraslanov qeyd edib ki,bütövlükdə, müsahibə həm də ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə də diqqəti cəlb edir:

"Dövlətimizin başçısı davamlı olaraq inkişaf edən, çiçəklənən, əmin-amanlığın, sabitliyin dərin kök saldığı, ərazi bütövlüyü bərpa olunan, qüdrətli Azərbaycanımızdan inamla və qürurla danışdı. ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur. Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu vurğulayıb. Bu məqsədlə qarşı tərəfə qarşılıqlı məqbul məkanın seçilməsini və ya dövlət sərhədində görüş keçirilməsini təklif edib. Qarabağda keçirilən antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanması üçün imkanlar daha da yaxşılaşıb. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərin yaradıldığını qeyd edən dövlətimizin başçısı müsahibədə deyib: "Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq".

Bunlarla yanaşı Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlər, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu. Ən önəmlisi odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış reallaşacaq. Həmçinin bir sıra kəndlərə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı məsələyə də münasibət bildirməklə yanaşı Qərbi Azərbaycan torpaqlarının Ermənistana verilməsi tarixinə də toxunub. Möhtərəm prezident müsabəsində bildirib ki, "XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb" .

Deputat vurğulayıb ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, "Ermənistan plyus" qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik:

"1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən (Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tutulur) 86,6 min kvadratkilometrə düşdü. Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri dayandı. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər." Dövlətimizin başçısı müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçiriləcəyi ilə bağlı fikirlərini də bölüşdüyünü, ölkəmizin bu mötəbər tədbirə ev sahibliyini böyük hadisə kimi dəyərləndirdi. Azərbaycan uzun illərdir beynəlxalq və regionlar tədbirlərin, qlobal əhəmiyyətli müzakirələrin aparıldığı və dünyanı narahat edən problemlərlə bağlı vacib qərarların qəbul edildiyi məkan kimi tanınır. Məhz bunun davamıdır ki, bu cür qlobal tədbirlərin Azərbaycanda keçirilməsinə etibar olunur. Təbii ki, COP29 indiyədək ölkəmizdə keçirilən digər tədbirlərdən əhəmiyyətinə və miqyasına görə xeyli fərqlənir. Prezident İlham Əliyevin də dediyi kimi bu, BMT Baş Assambleyasından daha mötəbərdir. Bir sözlə, Bakı tədbir çərçivəsində beynəlxalq mərkəz rolunda çıxış edəcək, 80 minə yaxın xarici qonağı qarşılayacaq. Əminik ki, Azərbaycan bunun da öhdəsindən layiqincə gələcək.

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Dövlətimizin başçısı Azərbaycanın tarixində yeni dövr başladığını diqqətə çatdıraraq, seçkilərə müzəffər xalq kimi qatılacağımızı bildirdi. Bu baxımdan, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri həmdə ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir, bunu Zəfər seçkisi də adlandırmaq olar. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Necə ki, böyük Heydər Əliyev yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, Prezident İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir. Bu, eyni zamanda, xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın" .


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 695   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnternat məktəbində olay - Direktor ağır yaralanan şagirdi niyə xəstəxanaya aparmağa qoymadı?

Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-da saat 16 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib. Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib

13 aprel
.

Gec gələn zəng qadının məzarlıqda ölməsinə səbəb oldu - VİDEO

Türkiyənin Aksaray vilayətində məzarlıq ziyarəti zamanı dəhşətli qətl hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ortaköy rayonunun Oğuzlar kəndində, Gamze Yıldırım adlı qadının valideynlərinin məzarını ziyarət edib dua etdiyi vaxt baş verib. Bu zaman qadının boşanmaq üzrə olduğ

13 aprel
.

"Təhsildə mərkəzləşmə bölgələr üçün ciddi risk yaradır" - AÇIQLAMA

"Valideynlərin övladlarını paytaxtın ali təhsil müəssisələrinə yönəltməsi, əslində, sadə bir seçim deyil, gələcəyə yönəlmiş kompleks bir strateji addımdır. Bu seçimin kökündə dayanan əsas amil Bakının təkcə təhsil mərkəzi deyil, həm də geniş imkanlar platforması kimi görünməsidir. Paytaxt universitetlər

13 aprel
.

Bakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIR

Ermənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Ölkənin Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində tədbirlər görülür. Azərbaycanda da kəndlər boşalır. Xüsusil

12 aprel
.

Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK

Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu

12 aprel
.

Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ

"2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var". xəbər verir ki, bu fikirləri "Xəzər TV"də yayımlanan "Cavabdeh" adl

12 aprel
.

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram"

12 aprel
.

Bakıya gələnlərə vacib XƏBƏR: 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək...

Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq. Göstərilən müddət ərzind

12 aprel
.

Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI

Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs

12 aprel