Bakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTO

Bakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda yaşayış binasının sakinləri narazıdırlar.

Səbail rayonu, Nizami küçəsi, 4 ünvanında yerləşən "Pilot Residence" Mənzil-Tikinti Kooperativinin (MTK) sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.

Sakin Nofəl Rzayev bildirib ki, binadan ev alan zaman başqa layihə təqdim edilib, amma indi ondan əsər-əlamət yoxdur:

"Bina pilot layihə çərçivəsində sözügedən MTK tərəfindən tikilib. Layihə 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Bakı şəhərində ilk layihə olduğu üçün bütün səlahiyyət də qurumun üzərinə düşür. 2019-cu ilin sonuna kimi layihə tam təhvil verilməli idi, amma hələ də proses yekunlaşmayıb. 2024-cü ildə yalnız yaşayış binası təhvildən keçib və həyəti, yeraltı qarajı bərbad vəziyyətdədir.

Bütün bu problem azmış kimi, MTK təsisçisi layihədənkənar icazəsiz tikililər inşa etdirib. Həyətin böyük bir hissəsində 850 kvadratmetr sahəsi olan ticarət obyekti inşa olunub. Üçüncü blokun ərazisi restorana birləşdirilib. Həmin blokun sakinləri evlərinə ancaq liftlə qalxıb-düşə bilirlər, çünki pilləkən yoxdur... Lift işləməsə, sakinlər evdə, ya da həyətdə qalacaqlar. Eyni zamanda, həyətdə qazanxana inşa olunub, giriş-çıxış isə təmir edilmir".

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ötən il yoxlamalar aparılıb:

"Binada yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib. Eyni zamanda, qurumdan da bildirilib ki, layihə sənədləri xidmət ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik birmərtəbəli qeyri-yaşayış obyektinin inşa olunduğu, zirzəmi sahəsindən çölə açılan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlandığı, həyətə çıxışda anbar inşa edildiyi aşkarlanıb. Məsələ barədə aidiyyəti qurumlara müraciət etsək də, bizi Səbail Rayon İcra Hakimiyyətinə yönləndirirlər. Onlar isə sakinlərin problemlərini həll etmək marağında deyillər. Beşbloklu binanın sakinləri hamısı çıxılmaz vəziyyətdədir".
Sakin Mikayıl Hüseynov deyir ki, yaranmış ciddi problemlərin həll olmasını istəyirlər:

"Biz yaşadığımız ünvandakı MTK rəhbərliyi tərəfindən törədilən özbaşınalıq hərəkətlərinə görə neqativ nəticələrlə üzləşdik. Binanın həyətində təhlükə yaradan tikinti işləri aparılır ki, bu da yerli sakinlərin səhhətinə ziyan vurur. Eyni zamanda, hər bir mənzilin sahəsində 10-40 kvadratmetr çatışmazlıq qeydə alınıb ki, bu da mənzil sahiblərinin hüquqlarının pozulması deməkdir. Dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsək də, məsələ həllini tapmır".

Sakinlər məsələ barədə məhkəməyə müraciət etdiklərini, məhkəmə ekspertizasının bütün icazəsiz tikililərin layihədənkənar olduğunu təsdiqlədiyini bildirirlər. Onlar iddia edirlər ki, Səbail Rayon Məhkəməsi artıq 10 aydır işə baxsa da, qərarı uzadır.

Məsələ barədə Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb.
Bakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTOBakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər - ŞİKAYƏT + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 853   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr