Xaricdə təhsil alan tələbələrin "yol pulu" dövlət tərəfindən qarşılana bilər? - AÇIQLAMA

Xaricdə təhsil alan tələbələrin "yol pulu" dövlət tərəfindən qarşılana bilər? - AÇIQLAMA"Xaricdə yaşayan tələbələr ilə bağlı təkcə "yol pulu" ehtiyacının qarşılanmasında deyil, digər məsələlərdə də stimullaşdırıcı addımlar atılmalıdır. Xaricdə yaşayan, təhsil alan tələbələrimiz bir neçə qrupa bölünür. Dövlət proqramları əsasında xaricdə oxuyan və fərdi, öz imkanları və istəkləri əsasında xaricdə təhsili seçən tələbələrimiz var. Dövlət proqramı əsasında xaricdə oxuyan tələbələrimiz ilə bağlı əlavə güzəştlərin edilməsinə ehtiyac vardır. Dövlət proqramı əsasında xaricdə oxuyan tələblərimizə dövlət hesabından xeyli yardımlar edilir. Onların yaşayışı, ev və təhsil xərcləri hər bir şey dövlət tərəfindən qarşılanır. Təbii ki, onlarda bunun qarşılığında dövlətdə işləməlidirlər".

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. Elmin Nuri bildirib kİ, müəyyən bir güzəştlər paketinin hazırlanmasına düşünürəm ki, ehtiyac vardır:

" İnanıram ki dövlət bunu edəcəkdir. Söhbət burada dövlət proqramı əsasında xaricdə təhsil alan gənclərdən gedir. O ki qaldı öz hesabına xaricdə təhsili seçən və əsasən Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan universitetlərini seçən gənclərin sayı minlərlədir. Hətta deyərdim ki, on minlərlədir. Təkcə qardaş Türkiyədə oxuyan tələbələrimizin sayı 10 minə qədərdir. Onlar ilə bağlı yol pulu və müəyyən yaşayış xərcləri istiqamətində zəruri addımların atılması təbii ki, yaxşı olardı".

Ekspertin sözlərinə görə, dünyanın heç bir ölkəsində bu cür təcrübə yoxdur. Belə bir təcrübə mövcuddur. Dövlət proqramı əsasında, dövlətin öz göndərdiyi tələbəyə yardım və güzəşt etmə təcrübəsi var:

"Özü öz fərdi imkanları hesabına xaricdə təhsili seçən şəxslər üçün belə imkanlar yoxdur. Azərbaycan inkişaf etməkdə olan ölkələrdəndir. Bizim bu istiqamətdə güzəştlər etməyimiz doğru olmazdı. Niyə görə? Onsuzda öz fərdi imkanı hesabına xaricdə oxumağı seçən tələbə və onun ailəsi müəyyən bir hesablamalar aparır. Onlar yaşam xərclərində hesablayırlar. Yol və başqa xərclərdə ailə tərəfindən nəzərə alınır. Amma heç olmasa bir istiqamətdə yol pulunun dövlət tərəfindən qarşılanması istiqamətində addımın atılması yaxşı olardı. 50 faizdə güzəşt olunsa bu yaxşı göstəricidir. Qarşıda Novruz bayramı gəlir. Təbii ki, Novruzda tələbələr evlərinə gələcək. Yaxud yay tətilində evlərinə gəlmək istəyən tələbələr var. Onların təyyarə biletlərində 50 faiz endirim olması düşünürəm ki, yaxşı olardı. Bununla bizim maliyyə itkilərimiz o qədər böyük olmayacaq. Əksinə indinin tələbəsinə, gələcəyin kadrına böyük stimul vermiş olarıq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 908   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr