Xırdalana metro çəkiləcək? - RƏSMİ AÇIQLAMA
Bir sıra yerli mətbuatda Baş Plandakı məlumatlar yalnış təhrif olunub, Xırdalanda metro çəkilməsi məsələsi ilə bağlı xəbərlər reallığı əks etdirmir.
Sonxeber.az xəbər verir ki, bunu trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
Onun sözlərinə görə, Baş Plan hazırlanarkən nəqliyyat məsələsi priroitet mövzu olub, şəhərin planlaşdırma sturkturu məhz küçə-yol şəbəkəsi üzərində qurulur.
"Bizim də ən çox əhəmiyyət verdiyimiz məsələ bu sahə olub. Yanaşmalarda birinci istiqamət avtomobil yollarının yenidənqurulması məsələləri idi. Bakının girişlərində və şəhərin daxilində yaranan tıxacların aradan qaldırılması üçün küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi qoyulmuşdur.
Yanaşma belə olmuşdur ki, Bakının küçə-yol şəbəkəsi formalaşmış sistemdir və əsaslı dəyişilə bilməz. Burada yalnız alternativ xətlər çəkməklə yüklənmiş yollarda yükü azaltmaq olar. Hərəkətin intensivliyi müşahidə olunan yollara parallel alternativ yolların planlaşdırlması ilə bağlı sistemli tədbirlər düşünülüb. Bu prosesdə aidiyyəti qurumların aktiv iştirakı ilə tədbirlər hazılanıb və hökumətə təqdim olunub.
İkinci məsələ metro xətləri ilə bağlıdır. Hazırda 27 metro stansiyası var və 2040-ci ilə qədər bu stansiyaların sayının 46-ya çatıdırlması nəzərdə tutulur. Bunun öhdəsindən gələ bilsək, şəhərin nəqliyyat məsələlərinin əhəmiyyətli bir hissəsi də metro vasitəsilə həll olunacaq.
Bir sıra yerli mətbuatda Baş Plandakı məlumatlar yalnış təhrif olunub, Xırdalanda metro çəkilməsi məsələsi ilə bağlı xəbərlər reallığı əks etdirmir.
Digər aktiv bir istiqamət dəmir yol şəbəkəsi ilə bağlıdır, yenidən qurulma üzrə işlər görülür. Bununla bərabər həm Zirə, həm də Maştağa istiqamətində dəmir yol xətlərinin bərpa və yenidən qurulması ilə bağlı məsələ Baş Planda öz əksini tapıb, - deyə sədr müavini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 947 Tarix: 13 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabr