Fəxri adlar məsələsi yenidən gündəmdə - fərqli rəylər

Fəxri adlar məsələsi yenidən gündəmdə - fərqli rəylərArif Babayev: "Fəxri adların ləğv edilməsinin tərəfdarı deyiləm, çünki..."

Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. İnsanlar bu məsələdə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevi günahlandırıblar.

Əbülfəs Qarayev isə açıqlamasında Aygün Bəylərə xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib: "Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin. Ona xalq artisti adının verilməsinə gəldikdə hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona əməkdar artist adı verilmişdi, xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməli idi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəqin ki, hansısa səbəbləri olub".

Qarayev həmin səbəbləri açıqlamaq istəməyib.

Qeyd edək ki, eks-nazir fəxri adların verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylər 2002-ci ildə Əməkdar artist fəxri adı alıb. Ə.Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il ötmüşdü. O da məlumdur ki, bəzi Xalq artistləri 3-4 illik fasilədən sonra "Xalq artisti" olublar.

Sual yaranır: "Əməkdar" və "Xalq artistləri" fəxri adları arasında minimum zaman fasiləsi nə qədər olmalıdır? Qanunda belə bir tələb varmı? Sovet dövründə necə olub, son on illər necədir?

Daha bir məqam. Tanınmış bəstəkar Cavanşir Quliyev deyib ki, fəxri adlar ləğv olunmalıdır, çünki sovet dönəmindən, Stalin dövründən qalıb və sənətçilərin arasını vurur, narazılıq yaradır, üstəlik yaradıcı adamda arxayınlıq yaradır:

"Fəxri adlar boş şeydir. Mən hər müsahibəmdə deyirəm - gərək hökumət onu ümumiyyətlə ləğv etsin. Nə Avropada, nə Amerikada var. İnkişaf etmiş ölkələrin heç birində fəxri ad yoxdur. Nə İranda, nə Ərəbistanda var. Yalnız bolşeviklər, kommunistlər olan bəzi ölkələrdə olub, vəssalam. Mənasız bir şeydir. Stalinin vaxtında icad olunan, sənətkarları boyunduruqda saxlamaq üçün kəşf olunan üsullardan biri olub. Fəxri adlar, ordenlər, təltiflər və s.

Fəxri adlar ləğv olunmalıdır. Çünki sənətçilər də əsəbiləşir, iki dostun birinə fəxri ad verirlər, o birinə vermirlər, nəticədə dostlar bir-birinə düşmən olur. Ən əsası, fəxri adlar incəsənətin inkişafına ziyan vurur. Tutaq ki, xalq artisti adı aldı, onu alandan sonra bütün sənətkarların, yazıçıların ən yaxşı əsəri artıq arxada qalır. Bütün yadınıza düşən sənət adamlarının yüksək fəxri ad alana qədər yaradıcılıqlarına və alandan sonrakı yaradıcılıqlarına diqqət edin. Görəcəksiniz ki, ən yaxşı əsərini, ən yaxşı rolunu, ən yaxşı kitabını ona qədər yazıb. Amma məsələn, sənətçi 45-50 yaşında xalq artisti olur, hələ ömrü uzundur, məsələn, qarşıda 20-30 ili var, həmin illərin içində heç bir şey etmir. Yəni etdiklərinin keyfiyyəti belə ondan əvvəlkilərdən aşağı olur. Çünki o fəxri adı aldı və düşündü ki, vəssalam, bundan o tərəfi, bundan böyüyü yoxdur. Yəni insan yaradıcılıq baxımından rahat olur. Çünki bu cəmiyyətdə sənətkarların çoxu gəncliyindən fəxri ada köklənərək yaşayır. İşini, yaradıcılığını, hər şeyini ona yönəldir ki, mən o adları, o ordenləri alım. Hökumət konsertlərinə çıxırlar, hökumətin bütün tədbirlərinə gedirlər, aktiv olmaq istəyirlər ki, onları görsünlər, dəyərləndirsinlər və o adları, medalları onlara versinlər. Onları da alıb bitirəndən sonra deyir ki, vəssalam, mənim daha nə işim var. Nə konsertə gedir, nə də əvvəlki kimi aktiv olur, yaradıcılığı da geriləyir. Bu o deməkdir ki, fəxri adlar institutu Azərbaycanda incəsənətə zərər vurur".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə "Yeni Müsavat"a açıqlamasında bildirib ki, fəxri adların ləğv olunması özü ilə böyük problemlər ortaya çıxarır: "Çünki ayrı-ayrı insanlar artıq bu fəxri adları alıblar və cəmiyyətdə bu bir sosializm yarışına çevrilib. Biri fəxri ad alanda digəri də bunu istəyir. Əsl sənət artıq bu adların müqayisəsində aparılır. Məsələn, kimin Xalq artisti fəxri adı varsa, o deməkdir ki, sənət aləmində bir pillə yuxarıdadır, Əməkdar artist adını alan ondan bir az aşağıdadır. Ümumiyyətlə, fəxri ad ala bilməyən isə özünü diskomfortda hesab edir. Ona görə də bu ənənəni başdan yaratmamaq lazım idi. Belə ki, müstəqillik dövründən başlayaraq bu ənənəni sovet ənənəsi kimi müəyyən dərəcədə arxa plana atmalı idik. Daha çox nominasiyalar üzrə real qaliblərin mükafatlandırılması və onların həm də yaxşı imkan sahibinə çevrilməsini təmin etməli idik. Amma artıq dövr keçib".

Qeyd edək ki, Sovet dövründə olduğu kimi bu gün də ölkəmizdə incəsənət, mədəniyyət, ədəbiyyat sahəsində fəxri adlar, ordenlər verilir. Məlum olduğu kimi, sovet dönəmində xalq artisti, əməkdar artisti, əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, xalq şairi və sairə bu kimi fəxri adlar "yuxarıdan" göstərişlə verilirdi. Fəxri adı almış şəxslər bununla fəxr edir, daha da ruhlanırdılar.

Məlumata görə, ilk xalq şairi adına Səməd Vurğun layiq görülüb. Məhz 1956-cı ildə onun ölümündən sonra yazıçılara, şairlərə fəxri adlar verilməyə başlanıb. Daha sonra isə sovet hakimiyyəti altında olan ölkələrdə bu ənənə davam etdirilib.

Təbii ki, fəxri adlar həm də təqaüd, bəzən ev, maşın deməkdir.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda ümumilikdə 4862 nəfər "Xalq" və "Əməkdar" fəxri adlarına görə aylıq Prezident təqaüdü alır. Sonuncu dəfə Xalq artisti fəxri adı 2021-ci ildə bir nəfərə verilib - bu titula S.Vurğun adına Rus Dram Teatrının aktyoru Fuad Osmanov layiq görülüb.

2020-ci ildə də bir nəfərə Xalq artisti adı verilib - bu, tarzən, Azərbaycan Milli Konservatoriyasının müəllimi Elçin Həşimovdur.

2019-cu ildə Xalq artisti fəxri adına layiq görülənlər isə 10 nəfər olub ki, onlardan 5-i müğənni idi - Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva, Cavan Zeynallı, İlqar Muradov.

Hazırda "Xalq" fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir. 4603 nəfər isə "Əməkdar" fəxri adına görə ayda 150 manat təqaüd alır.

Lakin bununla belə, cəmiyyətimizdə sovet dövründən sonra da fəxri adların verilməsi birmənalı qarşılanmır. Hətta fəxri ad almış insanlar belə bəzən bu ənənənin davam etdirilməsini gərəksiz sayır. Çünki dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə bu cür adlar yoxdur. Maraqlıdır ki, qardaş Türkiyədə heç "Milli qəhrəman" fəxri adı verilmir. Yalnız şəhid statusu var.

Yaxud Pavorotti, Xose Karears və bu kimi dünya şöhrətli ifaçıların heç də xalq artisti və ya əməkdar artisti kimi fəxri adları olmayıb. Onlar yalnız öz adları ilə dünyada öz möhürlərini vurmuş ifaçılardır. Hətta sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu cür ənənəyə son qoydu. Bu baxımdan, ölkəmizdə də çoxları fəxri adların ləğv olunmasını, əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edirlər.

Mövzu ilə bağlı Xalq artisti, ustad sənətkar Arif Babayev "Yeni Müsavat"a danışıb:

"Bircə onu bilirəm ki, Aygün Bəylər çox yaxşı ifaçı idi. Ona Xalq artisti adının niyə verilməməsi barədə bir fikir söyləyə bilmərəm, bu işi dövlətimiz həll edir. Yəni mənim işim deyil. Yalnız onun çox yaxşı, əla ifaçı olduğunu deyə bilərəm. Hamı onun ifasına heyran olurdu.

O ki qaldı fəxri adların ləğv edilməsi ilə bağlı səslənən fikirlərə, şəxsən mən onun ləğv edilməsini istəmirəm. Niyə ləğv edilsin ki? Çünki fəxri ad sənətkara bu sənətdə daha da yaxşı çalışmasına təsir edir, onu ruhlandırır, cəsarətləndirir. Üstəlik fəxri ad elə-belə verilmir. Sənətkarın ifasına, sənətinə baxılıb, verilir".

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1244   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakıda dini liderlərin mühüm görüşü: İlham Əliyev sülh və həmrəyliyin vacibliyini vurğuladı

Bakıda Türk dünyasının və Qafqazın dini liderlərini bir araya gətirən mühüm görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılar

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr