Kredit faizləri daha da artacaq? - MÜHÜM AÇIQLAMA
Bir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur. Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.
Bəs kredit faizləri arta bilərmi?
Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, kredit faizlərinin artmasına bir neçə amil təsir edə bilər.
İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspertin fikrincə, inflyasiyaya qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:
"Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər. Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar özləri üçün əsas götürməlidirlər".
Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün müxtəlif təkliflər irəli sürürlər:
"Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri "yastığın altında", ya da bankda saxlayırlar. Bank isə müxtəlif yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də atmasına səbəb olur".
Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən optimal idarəetmə üsulu kimi dəyərləndirib:
"Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları da mövcuddur. Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər azdır və aşağı faizlərlə kredit verə bilərlər.
Bu baxımdan da sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə yayılan məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın. Ona görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrAzərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət
8 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrAzərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb
Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ
14 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabr