"Dolu"nun Qarabağa qaytardığı ruh: Torpaq davası edirik, arvad davası yox - VİDEO
"Dolu" filmi Qarabağ savaşına və bu savaşda son damla qanınadək vuruşanlara həsr olunub. Rejissor Elxan Cəfərov filmi Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkib.
"Dolu" filmində hadisələr 1991-ci ilin yayında baş verir. Həmin illərdə yenicə müstəqil olmuş Azərbaycanın vahid nizamlı ordusu yox idi. Filmdə bu məsələ xüsusi qabardılır.
Filmin əsas qəhrəmanlarından olan Drakon və Pələng Vətən uğrunda hər an canından keçməyə hazır olan döyüşkən Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazı olsa da, Drakonu daha çox Allahverdi Bağırovun prototipi hesab edirlər.
Filmdə əsas mənfi qəhrəman İnterpol tərəfindən axtarışda olan erməni terrorist Levondur. O, öz əsgərlərinə azərbaycanlıların birini də sağ buraxmamağı tapşırır.
Əsgərlərdən biri Levonun yerini öyrənmək üçün erməni qadını əsir götürür. Lakin Drakonun "biz torpaq davası edirik, arvad davası yox" sözündən sonra qadını buraxırlar.
Filmin çəkilişləri zamanı real hərbi qüvvələrdən və sursatlardan istifadə olunub.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 2614 Tarix: 13 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprel 2024SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək
14 aprel 2024İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024İraq hava məkanını tamamilə bağlayıb
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla
14 aprel 2024