Mebel sexindəki partlayışa görə səbəbkarları 10 ilə yaxın HƏBS GÖZLƏYİR- AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlama verib.
Hüquqşünas maddələrə aydınlıq gətirib:
"Bu çox üzücü hadisədir. Son zamanlar baş verən bu yanğınlar, onu göstərir ki, bu istiqamətdə nəzarət zəifdir. Burada FHN-nin yanğından mühafizə xidmətinə də xeyli məsuliyyət düşür. Önləyici tədbirlərdə,bu tip müəssisələrdə, yanğın təhlükəsi yüksək olan sanayə və istehsalat sahələrində daha diqqətli olmaq lazımdır. Burada sadəcə qurumun rəhbərliyi məsuliyyət daşımır. Eyni zamanda bu prosesə nəzarət edən, onlara lisenziya verən və ora nəzarət həyata keçirən qurumların da müəyyən məsuliyyəti ola bilər. İstintaq daha dərindən araşdırılıb məsuliyyətə cəlb olunmalıdır. Bundan sonra oxşar hadisələr baş verməməsi üçün önləyici tədbirlər görülməlidir.
Baş Prokurorluğun yaydığı məlumata görə hadisə ilə bağlı iki maddə- Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi açılıb. 225.3 maddəyə əsasən, 5 ildən - 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
314.3-cü - Səhlənkarlıq maddəsinə əsasən, vəzifəli şəxsin işə vicdansız, laqeyd münasibəti və öz xidməti vəzifəsini yerinə yetirməməsi üçün 3 ildən - 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi