Sabiq rəis və işçilərinin məhkəməsi gərgin başladı - Məbləğ açıqlandı

Sabiq rəis və işçilərinin məhkəməsi gərgin başladı - Məbləğ açıqlandıAuditorlar Palatasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq əməkdaşlarının məhkəməsi başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.

İş üzrə müttəhim kürsüsündə Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova əyləşir.

Prosesin gedişində onlar tərəfindən mənimsənildiyi deyilən məbləğin miqdarı da açıqlanıb. Bu rəqəm 700 min manatdır.

İlk iclasdan məlum olub ki, təqsirləndirilən şəxslər cinayət işinin istintaqından narazı qalıblar.

V.Rəhimov və F.Novruzovanın vəkilləri digər müttəhim G.Əhmədovanı onların əleyhinə ifadə verməkdə ittiham edib, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyiblər: "Hesab edirik ki, bu iş üzrə ittiham bir nəfərin ifadəsi üzərində qurulub. Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib. Əhmədova ifadəsində deyir ki, o, Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirib. Amma bunu təsdiq edən nə bir SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib. İkinci övladı Kütləvi İnformasiya Vasitələrindən birində işləyir. O da deyib ki, xəbərim yoxdur, kartdan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, işlədiyi yerin binasındakı bankomatdan pul çıxarılıb. Bundan başqa, üçüncü övladı da "xəbərim yoxdur" deyir. Amma özü banka gedib kartdan 18 min manat pul çıxarıb. Hər kəs öz əməlinə görə mühakimə olunmalıdır".

Müdafiə tərəfinin dediyinə görə, Palatada neqativ hallar daha çox pandemiya dövrü və Vətən müharibəsindən sonraya təsadüf edib. Vəkillərin arqumentinə əsasən, bu, ondan irəli gəlir ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub və özü təxminən bir il işlərindən uzaqlaşmaq məcburiyyətində qalıb. Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ halları aşkar edib, bu barədə rəhbərliyə məlumat verib. Bundan sonra komissiya təşkil edilib, lakin ekspertiza keçirilməyib, araşdırma çox primitiv aparılıb.

Təqsirləndirilən Novruzovanın vəkili də vəsatətin təmin olunmasını istəyib.

Vəkil deyib ki, G.Əhmədovanın övladları da bu işdə iştirakçı olublar. Müdafiəçi həmçinin ilkin istintaqda müvəkkilinin müdafiə hüquqlarının pozulduğunu bildirib: "Fəridə Novruzovanı aldadıb sənədlərə qol çəkdiriblər, yanında vəkil olmayıb. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və cinayət işinə xitam verilməlidir".

Rəhimov və Novruzovanın ittiham etdiyi Gövhər Əhmədovanın vəkili isə cinayət işinin ibtidai istintaqa qaytarılmasına etiraz edib. Vəkil bildirib ki, müvəkkilinin uşaqlarının ünvanına səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərarı elan edib. Qərara əsasən, iş məhkəmə baxışına verilib.

Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər biri barəsində istintaq dövrü müddəti üçün həbsə alternativ qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, Vəli Rəhimovun baş leytenant olan 1993-cü il təvəllüdlü oğlu Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1380   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr