Supermarketlərdə yararsız məhsullar niyə zibil qablarına atılır? - AÇIQLAMA + VİDEO

Supermarketlərdə yararsız məhsullar niyə zibil qablarına atılır? - AÇIQLAMA + VİDEOÖtən gün "Bravo" supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri məsələyə birmənalı yanaşmayıblar. Yaranan suallardan biri: "Niyə supermarketlərdə bu məhsullar atılır, onları zibil qutularının yanına ayrıca qoymaq olmazmı ki, ehtiyacı olan götürsün?" - olub. Bəziləri isə bildiriblər ki, zibil qabına atılması nəzərdə tutulan məhsullar istifadə üçün təhlükəlidir. Həmçinin zibil qabından kənara qoyulan istənilən tullantılar isə ilk növbədə ətrafın çirklənməsi, zibillərin ətrafa yayılması deməkdir. Atılan məhsullar yararsız olduğu üçün onu başqasına vermək heç bir halda doğru deyil.

Məsələ ilə bağlı yaranan sualları "Bravo" supermarketlər şəbəkəsinə ünvanladıq. Şəbəkənin PR meneceri Pərvanə Mədətli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəbəkə fəaliyyətə başladığı ilk gündən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir:

"Qida təhlükəsizliyi qaydaları, məhsulların saxlanma şəraiti ilə bağlı mütəmadi olaraq əməkdaşlarımıza təlimlər keçirilir.

Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirik ki, şəbəkəmizə aid mağazalarda gün ərzində bütün kateqoriyalara baxış keçirilir. Təbii ki, istehsal müddəti bitmiş, istifadəyə yararsız məhsullar rəflərdən mütəmadi olaraq yığışdırılır.

Meyvə-tərəvəzin yoxlanılması zamanı çürümə, kiflənmə, qurdlanma və s. kimi problemlər varsa, onlar istehlaka yararsız olduğundan tullantı olaraq dəyərləndirilir.
İnsanların sağlamlığı bizim şəbəkə üçün prioritetdir. İstehlaka yararsız məhsulların insanlar tərəfindən istifadəsinə icazə verilməsi isə birbaşa qanun pozuntusudur. "Bravo" bu məsuliyyəti anlayır və bu kimi halların qarşısını almaq üçün əlindən gələni edir.

Əlavə olaraq onu da qeyd edək ki, şəbəkəmiz müxtəlif KSM (korporativ sosial məsuliyyət) layihələrinin birbaşa təşkilatçısı və əsas dəstəkçisidir. Marketlər şəbəkəsi bu kimi layihələrdə həm təşkilatçı, həm də dəstək göstərən qurum kimi iştirak edəndə ümumi strategiya ənənəsini saxlayır - daim keyfiyyətli, təzə məhsulların təqdimatını əsas götürür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1035   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr