Beş mərtəbəli binalar nə vaxt SÖKÜLƏCƏK? - CAVAB
Bakında son illər köhnə, istismar müddəti bitmiş, qəzalı binaların sökülməsi prosesi gündəmdədir.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:
O bildirib ki, inkişaf etmiş ölkələrin qanunlarına görə, binanın altındakı torpaq, orada yaşayan mülkiyyətçilərə məxsusdur:
"Bildiyiniz kimi ötən ilin sonunda Nazirlər kabineti Bakının 2040-cı ilə qədər olan inkişaf planını təsdiq edib. İşlər bu plana uyğun da həyata keçiriləcək. Artıq tikinti normalarına görə SSRİ-nin vaxtından qalan iki, üç və doqquz mərtəbəli binalar istismar müddəti bitmək üzrədir. Amma bizim qanunvericiliyimizdə bu baxımından boşluqlar var.
İnkişaf etmiş ölkələrin qanunlarına görə, binanın altındakı torpaq, orada yaşayan mülkiyyətçilərə məxsusdur. Bu torpaq onların ümumi əmlaklarıdır. Bizdə isə bu qayda üçün hüquq normaları olsa da, birmənalı deyil. Pərakəndəlik var. Hətta Konstitusiya məhkəməsi də bildirmişdi ki, bu qanunda ardıcıllıq yoxdur.
Bizim qanunvericiliyə görə, bina sökülürsə, o binada yaşayan sakinlərin torpada haqqı yoxdur. Xarici ölkələrdə isə bina söküldüyühalda, sakinlər o ərazidə yenidən bina tikmək hüququna malikdir. Bizdə bu qanun yaradılsa belə, vətəndaşın o torpaqda yenidən bina tikməyə imkanı yoxdur. Bu qədər insanı evsiz qoymaq da düzgün deyil. Ona görə də istismarı yekunlaşmaq üzrə olan və təhlükəli vəziyyətə olan binaların sökülmə prosesi problemlidir. Ona görə də müəyyən dövlət proqramları və fondu yaradılmalıdır. Bu məsələni həll etmək lazımdır. Yaxın zamanda isə bu problem həllini tapmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1315 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr