Hərbçini döyərək öldürən şəxslə bağlı YENİ XƏBƏR - MƏHKƏMƏ
Gəncə Ağır Cinatyətlər Məhkəməsi 4 ay əvvəl Ağstafa rayonunda hərbçinin öldürüldüyü hadisə ilə bağlı açılmış cinayət işinə baxılmasına xitam verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, məhkəmə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Əlizadə Orxan İlham oğlunu döyərək öldürən Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilməsi ilə razılaşmayıb.
Məhkəmədən bildirilib ki, hadisənin xarakteri xuliqanlıq əməlini də ehtiva edir və B.Bukvadze Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyətilə adam öldürmə maddəsi ilə ittiham edilməlidir.
Qeyd edilib ki, 120.1-ci maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən kobud qanun pozuntularına yol verilib. Pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Qeyd edək ki, hadisə 2023-cü ilin sentyabr ayında Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş verib.
Hadisə O.Əlizadənin dostunun sürdüyü avtomobillə Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun idarə etdiyi maşının bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib.
Mübahisə zəminində B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbələr endirərək ölümünə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 741 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr