"Hərbi qulluqçuların statusu haqqında" qanun ilə bağlı hansı yeniliklər gözlənilir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Hərbi qulluqçuların statusu haqqında" qanun yenidən işlənilir. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Qanunda əsasən hansı yeniliklər gözlənilir? Ediləcək əlavələrin təsiri necə olacaq?
Mövzu ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Sonxeber.az-a açıqlama verib.
O, bildirib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun Azərbaycanda ilk sıralarda qəbul olunub:
" Qanun ilə tanış olan yüskək rütbəli zabitlərin və hərbi hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilir. Respublikamızın siyasi və sosial həyatında böyük dəyişikliklər olduğu üçün , Azərbaycan Ordu şanlı yol keçdiyinə görə yeni qanunvericilik bazasinın yaranmasına ehtiyac vardır. Hələ o zamanlar Xüsusi Təyinatlılarımız yox idi. Bu hardasa peşakar ordunun ilkin formasıdır. İndiki dövrdə Azərbaycan iqtisadiyyatına çox büdcə gəlir".
Ekspertin sözlərinə görə, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması, o cümlədən bizim Avropaya inteqrasiyamız dövründə müəyyən qanunlar sovetdən kənar qəbul edildiyi üçün bir sıra məqamların dəyişdirilməsinə ehtiyac var:
"Əvvəlki dövrdə hərbçilərin, hərbi həqiqi xidmətə çağırılanların yaş həddi və xidmət dövrü fərqli idi. İndi isə başqadır. Bu dövrdən sonra Azərbaycanda qanunvericilikdə müəyyən dəyişikliklər olunub. Bu baxımdan sözügedən dəyişiklərin edilməsinə ehtiyac görülür. Bu proseslərdən sonra belə bir əlavələrin edilməsi qərara alınıb. Bu baxımdan yeni əlavələr müasir dövrün tələblərinə cavab verəcək. Qardaş Türkiyə ilə yaxından əməkdaşlıq edirik. Dünyanın bir çox ölkələri ilə hərbi sahədə əməkdaşlıq edir, silahların alışı və satışını həyata keçiririk. Düşünürəm ki, qanunda ediləcək yeniliklər bir çox mövzuda öz həllini tapacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi