"Səbail"lə səfər oyunları "Zirə" üçün düşərlidir – STATİSTİKA
Azərbaycan Premyer Liqasının XIX turunda "Səbail"in qonağı olacaq "Zirə" üçün bu rəqibə qarşı səfər oyunları düşərlidir.
Zirəlilər 2017-ci ildən yaranan rəqabət çərçivəsində "Səbail" səfərində 9 dəfə qələbə qazanıblar.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 10-cu uğurunu əldə etməyə çalışacaq. Ümumilikdə "Səbail"in meydanında ölkə çempionatında 13 dəfə bu klubların iştirakı ilə paytaxt derbisi olub. Cəmi bir görüşdə bərabərlik qeydə alınıb ki, bu da 2021-ci ilin aprelinə təsadüf edib. "Səbail" doğma arenasında üç dəfə 3 xalın sevincini yaşayıb. Bunun da birində "Zirə" texniki məğlubiyyət (2018-ci il) alıb. "Səbail"in meydanında vurulan topların nisbətində "Zirə" rəqibini ikiqat üstələyir – 16:8.
Budəfəki derbi komandalar arasında yüksək liqada 26-cı matç olacaq. "Səbail" 4 dəfə qələbə qazanıbsa, 16 dəfə meydanı başıaşağı tərk edib. 5 görüşdə isə qalib müəyyənləşməyib. 25 qarşılaşmada cəmi 18 qol vurmağı bacaran "Səbail" özü 37 dəfə mərkəzə dəvət olunub. Orta hesabla hər matçda 2,2 qol vurulub.
"Səbail" "Zirə"ni sonuncu dəfə bir il əvvəl məğlub edib. "Dənizçilər" nə ötən mövsümün son matçında, nə də cari mövsümün ilk yarısındakı iki görüşdə "qartallar"a qalib gələ bilib.
Qeyd edək ki, yanvarın 22-də "ASCO Arena"da keçiriləcək "Səbail" – "Zirə" oyunu saat 15:00-da başlayacaq. Hazırda "Zirə" 29 xalla ikinci, "Səbail" isə 26 xalla beşinci pillədə qərarlaşıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 690 Tarix: 20 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrAzərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall
23 oktyabrBakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların
19 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabr