Cabirin qatili hicab taxıb qaçan idmançıdır? - Video
Ötən il dekabrın 25-də Rusiya mətbuatında Dağıstanda Azərbaycan vətəndaşı olan Cabir adlı biznesmenin qətlə yetirilməsi barədə məlumatlar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, yanvar ayı ərzində aparılan istintaq hərəkətləri zamanı qətllə bağlı maraqlı detallar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində Cabirin arvadı və onun idmançı sevgilisi Süleyman Süleymanov tərəfindən öldürüldüyünə dair şübhələr yaranıb.
Bildirilir ki, 37 yaşlı Cabir Xələf oğlu Nəsirov əslən Şamaxı rayonundandır və bir neçə il əvvəl Dağıstanda biznes fəaliyyətinə başlayıb. Onun bu ölkədə və Moskvada əmlakları, bir neçə elektronika mağazası olub.
Dekabrın 24-də Cabir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Dağıstana qayıdıb və həmin gecə naməlum şəraitdə qətlə yetirilib.
Polisə Cabir Nəsirovun öldürülməsi ilə bağlı məlumatı onun 32 yaşlı həyat yoldaşı Röya verib. Qadının şübhəli ifadəsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Belə ki, əslən Sumqayıt şəhərindən olan Röya ilkin ifadəsində evə basqın edən 2 nəfərin həyat yoldaşını amansızlıqla döyərək öldürdüyünü bildirib. O, qapının tanımadığı şəxslər tərəfindən döyüldüyünü, daha sonra mənzilə soxulan şəxslərin borc verdikləri pulu tələb edərək ərinə hücum edib onu öldürdüyünü iddia edib. O bu müddət ərzində digər otaqda olduğunu, oradan qışqırıq səsləri eşitdiyini, quldurlar gedəndən sonra isə ərinin cəsədini aşkar etdiyini deyib.
Dağıstanda kifayət qədər məşhur biznesmen olan Cabirin qətli ilə bağlı ərazidəki kameralara baxış keçirilərkən həmin müddətdə binaya 2 nəfərin daxil olması və ya çıxması müşahidə edilməyib. Bu zaman müşahidə kameralarında hicaba bürünmüş kişinin binanı tərk etməsi əks olunub.
Bundan sonra Röya yenidən ifadəyə çağırılıb. O, ikinci ifadəsində ərini özü öldürdüyünü bildirib. Cabirin ona və övladlarına daim şiddət göstərdiyini iddia edən qadın onun Dubaydan gəlməsini gözlədiyini, yatan kimi plintusla zərbələr endirərək öldürdüyünü deyib.
Lakin bu ifadə də hüquq-mühafizə orqanlarına kifayət etməyib və hadisə baş verən gecə binadan hicaba bürünmüş halda çıxan kişinin kimliyi üzərində araşdırma aparılıb. Müəyyən edilib ki, həmin şəxs 20 yaşlı idmançıdır və Röya ilə sevgi münasibətləri olub.
3-cü ifadəsində binanın girişindəki müşahidə kamerasına düşən gəncin qaydasız döyüşlə məşğul olduğunu və onunla sevgili olduğunu deyən qadın bu dəfə hər şeyi etiraf edib. O, bildirib ki, Cabir Dubaydan qəfil qayıdıb və həmin vaxt sevgilisi onların evində olub. Cabir həmin şəxsi döymək istədikdə 20 yaşlı gənc onu döyərək qətlə yetirib. Hadisədən sonra isə idmançı hicab geyinərək oradan uzaqlaşıb.
Cabir Nəsirovun yaxınları "Qafqazinfo"ya açıqlamalarında Röya Nəsirovanın və onunla əlbir olmaqda şübhəli bilinən sevgilisinin artıq saxlanıldığını bildiriblər. Onlar həmçinin iddia ediblər ki, hadisədən sonra evdən xeyli miqdarda bahalı əşyalar oğurlanıb.
Fotoda: Cabir Nəsirov
Fotoda: Röyə Nəsirova
Fotoda: Qətldə şübhəli bilinən idmançı Süleyman Süleymanov

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1754 Tarix: 24 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabrŞəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustQohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabr