Gey ittihamı qalmaqal yaratdı: Yaşar Nurinin xanımı danışdı

Gey ittihamı qalmaqal yaratdı: Yaşar Nurinin xanımı danışdıBəstəkar-müğənni Murad Arifin "YouTube" layihəsi olan "Popumuz var"ın növbəti qonağı aktyor Nofəl Şahlaroğlu açıqlamaları ilə diqqət çəkib.

Onun mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırdığını iddia etməsi müzakirələrə səbəb oldu.

Məsələ ilə bağlı Yenisabah.az-a Xalq artistinin xanımı Rəhimə Nuriyeva danışıb.

O, Nofəl Şahlaroğlunun Yaşar Nurinin yaradıcılığını çox sevdiyini və verilişdə bu haqda danışdığını bildirib:

"Verilişdən sözügedən hissəni ötən gündən bəri bir çox şəxs mənə yollayır. Mən bütöv verilişə oturub baxdım. Aktyor Nofəl Şahlaroğlu Yaşarın böyük pərəstişkarlarından biridir, həmişə məni də, qızımı da görəndə ehtiramını saxlayır, bizim hal-əhvalımızla maraqlanır. Sözügedən verilişdə Nofəl yarım saat Yaşarı tərif edir, onu əsrin aktyoru hesab edir. Onun yaradıcılığından bəhs edir, istifadə etdiyi replikaları əzbərdən söyləyir. Hamı bilir ki, Yaşar Nuri qüdrətli sənətkar olub. Onun kölgəsində çox aktyor olub və əlçatmaz insan olub.

Sadəcə məni narahat edən bir mövzu var: Verilişdən həmin hissənin kəsilərək tirajlanması. Jurnalistlər Nofəlin etdiyi təhlilləri deyil, reytinq xatirinə məhz o hissəni yayımlayıblar. Nofəlin dediyi ilk gey obrazı məsələsi nə dərəcədə doğrudur bilmirəm, bəlkə də o da səhvən bu fikirləri işlədib. O vaxt heç gey söhbəti dəbdə deyildi, indi dəbdədir. Bu, hər kəsin şəxsi işidir, kim necə istəyirsə, elə də yaşayır. Biz nə isə deyə bilmərik.

Ruhəngiz Qasımovanın yazdığı "Qonşu qonşu olsa..." ssenarisi mənim stolumun üstündə idi. Yaşar verilən ssenarini ilk mənə gətirirdi, mən oxuyurdum. Mənim rəyimlə razılaşırdı, ona fikirlərim maraqlı idi. Ssenarini oxuyanda da görürsən ki, Yaşarın canlandırdığı həmin obraz xəstə uşaq idi. Bəzən elə uşaqlar olur ki, yönəlimi başqa cür olur, özünü idarə edə bilmir, o da belə uşaq idi. Götürüb ona "gey" adı vermək nə dərəcədə doğrudur? Sənətkardır obrazı yaradıb burada pis nə var ki?

30 il bundan əvvəl olan söhbətdir. Yaşar Nurinin heç bundan xəbəri olmayıb, mən bu işin içindəyəm. Bundan əlavə, Yaşar Nuri bu film-tamaşada 11 fərqli obraz yaratmışdı".

Rəhimə Nuriyeva Yaşar Nuri ilə bağlı məsələlərdə ilk ona müraciət edilməsinin doğru olduğunu bildirib:

"Jurnalistlər, sosial şəbəkələrdə çox izləyicili səhifə adminləri gərək diqqətli olsunlar, hər sözü, hər iddianı dəqiqləşdirmədən yazmaq, yayımlamaq olmaz. Ən azından Ruhəngiz Qasımovaya, onun yazdığı ssenariyə hörmət etmək lazım idi. Fikrimcə, bu düzgün deyildi.

30 il bundan qabaq gey var idi? Biri olanda da onu barmaqla göstərirdilər, qaçıb gizlənirdi. Ruhəngiz Qasımova sağ olsaydı, özü də bunun yanlış olduğunu deyərdi. Jurnalistlər Yaşar Nuri haqda, onun ailəsi, keçmişi ilə bağlı nə isə yazanda ilk növbədə mənə müraciət etsinlər. Məlumatın doğruluğunu yalnız mən söyləyə bilərəm. Kimlərinsə iddiasına inanmasınlar, mən hələ ki, sağam və mərhum aktyorun arxivini qoruyub saxlayıram. Yaşar həmişə yaşayıb, yaşayır və yaşayacaq..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2241   Tarix: 25 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr