"Avropalı siyasətçilərin maskaları cırıldı" - Deputatdan REAKSİYA

"Avropalı siyasətçilərin maskaları cırıldı" - Deputatdan REAKSİYA"Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması, indiki halda ən doğru addımdır. Nəzərə almaq lazımdır ki, bu qərar kifayət qədər cəsarətli, eyni zamanda, məcburiyyət qarşısında qəbul edilmişdir. Daha doğrusu, AŞPA da kök salmış ermənipərəst, "türkəfob", irqçi, qərəzli qüvvələrin ikili standartlara söykənən fəaliyyətinin nəticəsidir".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan 2001-ci ildə AŞPA-na üzv olan zaman Qarabağ və ətraf rayonlar işğal olunmuşdu:

"Bir milyon qaçqın, məcburi köçkünü vardı. Bu baxımdan, onlara böyük ümidlə baxırdıq. Gözləntilərimiz çox idi. Düşünürdük ki, Avropa məkanında insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq qanunların aliliyinə məsul olan bir təşkilatın imkanlarından istifadə etməklə, işğala son qoyular, insanlar öz yurdlarına qaytarılar. Müharibə olmadan, münaqişə sülh yolu ilə həllini tapar. Əfsuslar olsun ki, ümidlər özünü doğrultmadı. Ötən 23 il göstərdi ki, AŞPA və digər beynəlxalq təşkilatlardan haqq, ədalət gözləmək, sadəcə sadəlövhlükdür. Bir dəfə də olsa, həmin təşkilatlar, Ermənistanı işğalçı kimi tanımadı, köçkünlərin problemlərinin müzakirəyə çıxarılmasına imkan verilmədi. Əksinə, Koçaryan, Sarqsyan kimi, irqçi, ksenofob Xocalı qatilləri ən yüksək səviyyədə qarşılandı".

Millət vəkilinin sözlərinə görə, 2020-ci ildə Azərbaycan, öz problemini özü həll edəndən sonra, AŞPA ilə yanaşı digər beynəlxalq təşkilatların, Fransa kimi dövlətlərin əsil siması göründü:

"Ermənistanın məğlubiyyətini öz məğlubiyyətləri olaraq qəbul edən avropalı siyasətçilərin maskaları cırıldı və ölkəmiz əleyhinə bütün cinahlardan hücuma keçdilər. Səbəb birdir. Qlobal güclərin, Azərbaycan və Türkiyə əleyhinə əsas təsir imkanlarından biri, "erməni kartı" aradan qalxır. Onlar, "erməni kartının" beynəlxalq gündəlikdən çıxarılmasını özləri üçün təhlükə olaraq, görürlər. Qlobal mənada, düşünmürəm ki, bu qərar nəyisə dəyişsin. AŞPA və yaxud Avropa Parlamenti hansısa bəyanatlar verə bilər. Onların sanksiya tətbiq etmək səlahiyyətləri yoxdur. Sanksiya barədə qərarı Avropa Komissiyası verə bilər. Bu da, düşünürəm ki, indiki halda real görünmür. Avropa İttifaqına üzv olan ölkələr arasında, dostlarımızın, strateji müttəfiqlərimizin səyləri nəticəsində konsensus əldə etmək çətindir.

Əgər, Fransa, Almaniya, Niderland kimi dövlətlərin təzyiqi ilə belə bir qərar verilərsə, bundan Azərbaycandan daha çox Avropa İttifaqı zərər çəkəcək. Rusiya-Ukrayna müharibəsi üzündən kommunikasiyaların işləməməsi, Yaxın Şərqdə və Qırmızı dənizdə baş verən proseslərin fonunda, Azərbaycana qarşı sanksiyaların tətbiqi, dünya iqtisadiyyatına, ölkələrarası ticarət dövriyyəsinə mənfi təsiri şübhəsizdir. Nümayəndə heyətimiz, AŞPA-nı tərk etməklə, Qərb dairələrinə mesaj verir ki, Azərbaycan özü-özünü təmin edən, torpaqlarını işğaldan təkbaşına qurtaran ölkədir. 30 il müdafiə etdiyiniz, hər addımda ağlaşma qurmaqla hər kəsi bezdirən, dilənçi deyil. Regionun ən güclü, strateji cəhətdən olduqca əhəmiyyətli dövləti ilə, autsayder Ermənistanı eyni tərəziyə qoymaq olmaz. Azərbaycanı təzyiq altında saxlaya bilməzsiniz. AŞPA baş verən biabırçılıqların nəticəsi o ola bilər ki, beynəlxalq imicimizə müəyyən xələl gələ bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 765   Tarix: 26 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr