Avtomobil sənayemizdə yeni DÖNƏM – Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?

Avtomobil sənayemizdə yeni DÖNƏM – Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?Azərbaycanda avtomobil sənayesinin daha da modernləşdirilməsi, yüksək keyfiyyət göstəricilərinə uyğunlaşdırılması istiqamətində "Azərmaş" ASC ilə Özbəkistanın "UzAuto Motors" şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Beş ölkənin təcrübəsi və texnologiyası gündəmdə

Qeyd edilir ki, Hazırda Hacıqabul Sənaye Məhəlləsində "Chevrolet" brendinin "Nexia", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" modelləri və sair markalı avtomobillər istehsal olunur. Avtomobil sənayesində istehsal prosesinin gücləndirilməsi məqsədilə 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulmuş boyaq, qaynaq müəssisəsində istehsalın daha dərin lokallaşdırılması nəzərdə tutulur.

ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olması nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən açıqlamada istehsal olunan avtomobillərin yerli şəraitə tam uyğun şəkildə hazırlanacağı və həm daxili bazarda təklif olunacağı, həm də xarici bazarlara ixrac ediləcəyi bildirilib.

Hazırda ölkəmizdə nə qədər avtomobil istehsal olunur?

Qeyd edək ki, hazırda yerli zavodlarımız istehsaldan çox yığıma üstünlük verir, yəni xaricdən alınan ehtiyat hissələrindən istifadə etməklə minik avtomobilinin yığımı həyata keçirilir.

İN tərəfindən Hacıqabul Sənaye Məhəlləsində adıçəkilən zavodun inşası ilə bağlı məlumat yayıldıqdan sonra hamıda belə ümid yaranıb ki, bundan sonra həm ehtiyat hissələri həm də avtomobilin özü tam yerli istehsal olacaq.

"Hələ işin başlanğıcıdır"

Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev Bizim.Media-ya açıqlamasında, avtomobil istehsalımızın artırılması yönündə atılan addımı müsbət hal kimi dəyərləndirib.

Azərbaycanda hazırda bir neçə markadan olan istehsal olunduğunu xatırladan ekspert, əslində isə onların ehtiyat hissələrinin xaricdən gətirildiyini və ölkəmizə yığıldığını bildirdi:

"Amma bu da görülən işin başlanğıcıdır. Bu sahə təkmilləşdikcə, bizdə də ehtiyat hissələrinin istehsalı başlayacaq. Bu da müəyyən dövr və bir qədər çox sərmayə tələb edir".

Müsahibimiz, hazırda tikilən zavodu nəzərdə tutulan istehsal gücünü müasir dövrün tələbi kimi dəyərləndirdi:

"Özümüz nə qədər çox avtomobil istehsal etsək, bir o qədər çox valyutanın ölkədən çıxmasının qarşısını ala bilərik. Ona görə ki, hazırda "Chevrolet" yalnız ABŞ-da, Koreyada, Özbəkistanda istehsal olunur. Bunun bizdə də istehsal olunacağı ilə bağlı xəbərin açıqlanmasını müsbət hal kimi dəyərləndirirəm. Bununla belə arzu edirəm ki, bizim də öz markamız, öz brendimiz olsun".

Nəticələr müsbət olarsa,...

Gələcəkdə istehsal olunacaq avtomobillərin daxili bazar üçün nəzərdə tutulduğunu deyən ekspert vurğulayıb ki, əgər nəticələr müsbət olarsa, bir çox ölkələrə də bu maşınları ixrac etmək olar:

"Əsasən də qonşu Rusiyaya, Gürcüstana, Orta Asiya ölkələrinə ixracı planlaşdırıla bilər. Əsas məsələ isə qiymət uyğunluluğu, keyfiyyət, komfort və müasir dövrlə uyğunlaşmasıdır. Bir də elektromobil və hibridyönümlü avtomobillər istehsal olunsa, daha da rəqabətədavamlı olar".
Məlumat üçün bildirək ki, 2023-сü ildə Azərbaycanda 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. Cari ilin yanvarın 1-nə qədər isə hazır avtomobillərin sayı 17 ədəd olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1072   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr