Qızılcaya yoluxanlar nə üçün ölürlər? - Həkimdən AÇIQLAMA
Qızılca virus şəklində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir.
Bu sözləri Axar.az-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib.
O, son zamanlarda qızılcanın həm uşaqlar, həm də yaşlılar arasında geniş yayılmasının səbəbini belə izah edib:
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən 13 adda vaksinlə peyvənd tövsiyə olunur ki, bunlardan biri də qızılcaya qarşı olandır. Son zamanlarda vaksinasiyanın kütləvi xarakter almaması və ya müəyyən yayınma hallarının olması yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Vaksinasiyadan yayınma hallarının isə başlıca səbəblərindən biri ÜST-nin başının koronavirus pandemiyasına qarışması oldu. Bundan başqa, valideynlərin özləri də imtina ərizələri yazıblar. Ümumiyyətlə antivaksin kampaniyasının aparılması özünü bir daha göstərdi".
Həkimin sözlərinə görə, dünyanın aparıcı səhiyyə təşkilatları belə qərara gəlib ki, qızılca yeni formada təzahür edib:
"Xəstəliyin kütləvi yayılmasının səbəbi təkcə peyvənd olunmamaqla bağlı deyil. Qızılcaya yoluxan xəstələr dərhal yataq rejiminə keçirilməlidirlər. Belə xəstələrin yaşından və onların əvvəllər keçirdiyi digər xəstəliklərdən asılı olaraq müəyyən tədbirlər görülməlidir. Yaş artdıqca qızılcanın müxtəlif ağırlaşmaları və ölümcül fəsadları yarana bilər. Buna görə də, yaşlı insanlar qızılcaya yoluxan zaman daha diqqətli olmaq lazımdır. O cümlədən də tanınmış aparıcı, yazıçı-publisist Həmid Herisçinin bu xəstəliyə yoluxması bizi narahat edir. Ümid edirəm ki, o, tez bir zamanda sağalar", - A.Qeybulla bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2362 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr